“İnsanlar qadağan olunan yerlərə getməyə daha çox üstünlük verirlər, halbuki bir saniyənin içində su adamı aparır”
Çimərlikdə diqqətli olun!
08:21 13.07.2018
Arxiv
446
Dənizdə boğulmaların əksəriyyəti məsuliyyətsizlikdəndir
“İnsanlar qadağan olunan yerlərə getməyə daha çox üstünlük verirlər, halbuki bir saniyənin içində su adamı aparır”
“İnsanlar qadağan olunan yerlərə getməyə daha çox üstünlük verirlər, halbuki bir saniyənin içində su adamı aparır”
Artıq bir aydan çoxdur ki, çimərlik mövsümü başlayıb. Paytaxt sakinləri dənizdəki müxtəlif çimərliklərə, regionda yaşayanlar isə çaylara, göllərə üz tuturlar. Amma təəssüf ki, hər il olduğu kimi bu il də suda boğulma hallarının sayı çoxdur.
Müvafiq qurumlar tərəfindən çoxsaylı təbliğatlara, lazımlı tədbirlərə baxmayaraq, əhalinin qışda dəm qazından, yayda isə sudan boğulması kimi acı mənzərə hər il göz qabağındadır. Məsələ burasındadır ki, bu qədər təlimatlardan sonra boğulma hallarının sayı azalmaq yerinə daha da artır. Mütəxəssislər bildirirlər ki, suda boğulma hallarının əksəriyyəti əhalinin özlərinin günahıdır. Məlumata görə, suda boğulanlar ya qadağan olunmuş sahədə çimirlər, ya da suya içkili vəziyyətdə girirlər. Nəticə isə faciə ilə tamamlanır.
Növbəti boğulma Xəzər dənizində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə 4 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri tərəfindən 1 nəfər xilas edilib, 3 nəfərin cəsədi isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dənizdə boğulma halları hər zaman müəmmalı olaraq qalır. Görəsən, burada əhalinin məsuliyyətsizliyi rol oynayır, yoxsa boğulmaya başqa səbəblər var?
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə bildirib ki, nəinki dənizdə boğulma, digər təhlükəli hallarda insan faktoru önəmli rol oynayır:
"Vətəndaş dənizə gedirsə və yaxud evdə qazı yandırırsa, diqqətli olmalıdır. Bütün bunların kökündə məsuliyyətsizlik dayanır. Təbii ki, bu cür hallarda müvafiq təbliğat işləri aparılmalıdır. Aidiyyəti orqanların məqsədi bu olmalıdır ki, vətəndaşlar arasında ideoloji işə üstünlük versinlər və daimi olaraq televiziyalarda, internet medialarda və digər informasiya daşıyıcılarında sosial reklamlar verilsin ki, əhali məsuliyyətini dərk eləsin. Yalnız bu hallar deyil, məsələn, piyadaların da məsuliyyətsizliyi bu gün aktual problemlərdən biridir. Piyada məsuliyyətsiz şəkildə yolu keçir. Bəlkə də bir ayda 50 nəfər yolu düzgün keçmədiyi üçün dünyasını dəyişir. Sürücünün günahı olmadığ halda isə onu məsuliyyətə cəlb edirlər.
Hər bir ziyalının, media orqanının üzərinə düşən əsas vəzifə cəmiyyət üzvləri arasında maarifləndirmə işi aparmaqdır. Bu da bağçadan başlayıb ali məktəbdə qurtarmalıdır. Belə işlər sistemli şəkildə yerinə yetirilməlidir. İnsanlar dənizdə qadağan olunan yerlərə getməyə daha çox üstünlük verirlər, onlar bu hala öyrəşiblər, halbuki bir saniyənin içində su adamı aparır. Nə qədər belə bədbəxt hadisələrlə rastlaşmışıq. Ona görə də bu məsələni yalnız dənizlə və qazla bağlamaq lazım deyil. Bütün sahələrdə diqqətli olmaq və müvafiq addımlar atmaq lazımdır. Bu addım da maarifləndirici işlərin görülməsindən ibarətdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət