Cocuq Mərcanlıda Qurban bayramı qeyd olundu
10:22 23.08.2018
Arxiv
763
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib.
Modern.az xəbər verir ki, Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub.
"Mən bu gün burada bir daha əmin oldum ki, vətən torpağının azadlığı, işğaldan azad edilməsi uğrunda şəhid olmağa, şəhid verməyə dəyərmiş! Cocuq Mərcanlının bərpası, kənd əhalisinin yenidən doğma yurda qayıtması, burada qaynar həyatın başlanması qəhrəman şəhidlərimizin ruhuna hörmət və ehtiramın təcəssümüdür. Şəhidlərimizin qanı hesabına azad edilən hər qarış torpağımız bizim üçün müqəddəsdir! İnanırıq ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək!” Bu sözləri Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Qurban bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Aprel döyüşlərinin şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov, Cocuq Mərcanlı sakini Faiq Həziyev və başqaları tədbirdə çıxış edərək, dövlətimizin başçısının torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı siyasəti dəstəklədiklərini bildirib, müharibənin nəticələrindən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi ilə bağlı məqsədyönlü tədbirlər uğurla icra edilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli prioritet məsələ kimi hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Cocuq Mərcanlının bərpası isə bu baxımdan xüsusi önəm kəsb edir.
Tədbirdən sonra kənd məscidində ehsan məclisi təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub. Kənd sakinlərinə qurban payı, məktəblilərə hədiyyələr verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə