Coşqun 7 saat əməliyyat altında qalıb

“Bir neçə günə tam ayağa qalxacaq”
“Coşqunun burnunda polit və kista var idi. Onu götürdülər. Bir də qabırğasından bir balaca qığırdaq götürüb burnuna qoydular”



"Bu şəhərdə”nin iki sakini demək olar ki, eyni vaxtda əməliyyat masasına uzandılar. Əməkdar artist Rəfael İsgəndərov bu gün əməliyyat olunub.

Aktyorun oğlu Fuad İsgəndərov atasının vəziyyəti haqda xəbər verib. O, R.İsgəndərovun videosunu paylaşaraq, onun açıqlamasını yayıb: "Hər şey yaxşıdır, şükür Allaha ki, ayaq üstəyəm. 10 dəqiqəlik endoskopik əməliyyat idi. Narahat olmayın, diqqət göstərən hər kəsə təşəkkürlər” deyə, Rəfael videoda söyləyib. "Bu şəhərdə”nin aktyoru əməliyyatının səbəbini açıqlamayıb. Əməkdar artist Coşqun Rəhimov bu saatlarda əməliyyat olunur.

"Bu şəhərdə”nin aktyoruna burnunda plastik müdaxilə edilir.
Əməliyyatı qulaq-burun-boğaz həkimi Məzahir Quliyev gerçəkləşdirir. Əməliyyat bir neçə dəqiqə əvvəl şəhər klinikalarından birində başlayıb.

"Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov "Şərq”ə hər iki xalq artistinin səhhəti ilə bağlı açıqlama verdi:

"Rəfael əməliyyat olunmayıb. Sadəcə, lokopostik müayinədən keçib. Politi var idi. Ancaq Coşqun əməliyyat olunub. Coşqunun burnunda polit və kista var idi. Onu götürdülər. Bir də qabırğasından bir balaca qığırdaq götürüb burnuna qoydular. 7 saatda 3 əməliyyat olub. Nəticədə hər şey yaxşıdı. Əməliyyat uğurlu oldu. Bir neçə günə tam ayağa qalxacaq. Gələn həftədən məşqlərə başlanacaq. Bilirsiz ki, yeni konsert proqramı ilə bu dəfə də Heydər Əliyev adına Sarayın qapısını tamaşaçılara açmağa hazırlaşırıq. "Gəlin” adlı budəfəki konsert proqramımız ailələrdə sosial problemlərə həsr edilib. Eyni zamanda, budəfəki konsertdə jurnalistlərlə bağlı maraqlı səhnəciyimiz olacaq. Həmişə jurnalistlər tənqid ediblər. Bu dəfə çalışdıq ki, jurnalistlərin fəaliyyəti ilə bağlı maraqlı bir səhnə hazırlayaq.

Mətbuatın müsbət və mənfi tərəflərini səhnələşdirərək mesajlarımızı çatdıraq. Azərbaycanda qələminə kifayət qədər hörmət edən jurnalistlər var.

 Buna baxmayaraq "reket jurnalistika” ilə məşğul olanlar da təəssüf ki, fəaliyyət göstərir. Ona görə də medianın fəaliyyətinin müsbət və mənfi məqamlarını səhnələşdirmişik. Redaktorla jurnalistin söhbəti mənə elə gəlir ki, maraqla izlənəcək. İstədik ki, bir az fərqli, heç vaxt müraciət etmədiyimiz mövzulara toxunaq. Tənqiddən hər bir insan, hər sahədə olanlar nəticə çıxara bilər. Sağlam tənqidi qəbul etmək özü peşəkarlıqdır”.

Tahirə