Coşqun Rəhimov növbəti dəfə əməliyyat olunur




Əməkdar artist Coşqun Rəhimov bu saatlarda əməliyyat olunur. 

"Sherg.az"ın Axşam.az-a istinadən verdiyi məlumata görə, "Bu şəhərdə”nin aktyoru burnunda plastik müdaxilə edilir.
Əməliyyatı qulaq-burun-boğaz həkimi Məzahir Quliyev gerçəkləşdirir. Əməliyyat bir neçə dəqiqə əvvəl şəhər klinikalarından birində başlayıb.

Qeyd edək ki, bu gün əməkdar artist Rafael İskəndərov da əməliyyat olunub.