Bankların problemli kreditlərinin artması son nəticədə buna görə, yığımın həcmini də artırır. Beləliklə, bank vəsaitlərinin böyük hissəsi dövriyyədən kənarlaşır.
Daha 10 bank bağlanacaq ! - AÇIQLAMA
14:37 24.10.2017
Arxiv
1285
"Bankların çöküş səbəbləri problemli kreditlərin artmasından əlavə bu bankların kreditləşmə aparmamasıdır"
Bankların problemli kreditlərinin artması son nəticədə buna görə, yığımın həcmini də artırır. Beləliklə, bank vəsaitlərinin böyük hissəsi dövriyyədən kənarlaşır.
Bu il bəzi bankların çökəcəyi proqnozlaşdırılan idi”.
Bunu "Sherg.az”a ölkənin bank sektorundakı tənəzzülə münasibət bildirərkən iqtisadçı -ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, dövlət qurumları bankların ard-arda çökməsi ehtimalını bəyan edirdi:
"Bu gün təxminən 10 bankda risklər var. Ehtimal olunur ki, bu banklar mərhələli şəkildə ləğvetməyə gedə, yaxud birləşdirilə bilər. Çöküşün səbəbi problemli kreditlərin artmasından əlavə bu bankların kreditləşmə aparmamasıdır. Çünki kreditləşmə olmadıqda gəlir səviyyəsi aşağı düşür.
Bankların problemli kreditlərinin artması son nəticədə buna görə, yığımın həcmini də artırır. Beləliklə, bank vəsaitlərinin böyük hissəsi dövriyyədən kənarlaşır.Düşünürəm ki, bu prosesin sonunda təxmini 10 bank bağlanacaq. Azərbaycanın bank sahəsində konsolidasiya baş verməsi də mümkündür. Çünki bəzi bankların birləşdirilməsi istiqamətində işlər aparılır. İstənilən halda bankların sayı azalacaq”.
Bankların bağlanmasının nəticələrini də izah edən ekspert əlavə edib ki, bu kredit faizlərinə təsirini göstərəcək:
"Rəqabət mühitinin zəifləməsi, təkliflərin azalması mümkündür. Buna baxmayaraq, ölkənin bank sektorunda sağlam banklar formalaşa bilər”.
Qeyd edək ki, bankın göstəricilərinə görə, 30 Sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, "MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir.
Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib.
"MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya