Daha heç kim zamin durmayacaq
08:13 10.07.2018
Arxiv
438
Kreditlə bağlı verilən qərar maliyyə sektorunu geri salacaq
Mülki Məcəllənin 470-ci, 472-ci, eləcə də 1146-cı, 1255-ci və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır.
Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.
Borclu borclunun sağlığın istər deyib atalarımız. Məlum məsələdir ki, kreditlərin verilməsində bəzi problemlər var. Xüsusilə zaminliklə bağlı çoxlu söz-söhbətlər olurdu. Bəzi insanlar adi halda kiminsə kredit götürməyi üçün zamin durmağa razılaşmırdı. Görünən odur ki, yeni qərardan sonra zaminlərin sayı sürətli şəkildə azalacaq.
Məsələni dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında yeni qərarın ömrünün qısa olacağını düşündüyünü deyib:
"Bu məsələ artıq dövrümüzün probleminə çevrilib. Yeni qərarla demək olar ki, kredit sistemində zamin anlayışı yavaş-yavaş məsuliyyətdən qaçacaq, yəni heç kim zamin olmayacaq. Elə insanlar var ki, onlar krediti ödəmək qabiliyyətinə malikdir, ancaq ondan zamin tələb edəcəklər və heç kəs zamin durmayacaq. Bu qərar mentalitetimizə də yaraşmaz, qədimdən bizim milliyyətimizdə belə xüsusiyyətlər olmayıb. Hesab edirəm ki, bu maliyyə sektorunun boşluğudur. Məhkəmə orqanları tərəfindən belə qərarın qəbul olunması təsadüfi deyil, onlar məsələyə hüquq müstəvisindən baxırlar, amma məsələyə daha çox iqtisadi cəhətdən baxmaq lazımdır.
Yeni qərarın mənfi effekti daha çox olacaq, nəinki müsbət effekti. Belə halların baş verməsi öncəki maliyyə sektorumuzda buraxılan nöqsanlardan qaynaqlanır. Vaxtında sıravi erkspertlər çox sadəliklə proqnozlaşdırırdılar ki, qiymətin düşməsi nəticəsində devalvasiya, yəni manatın ucuzlaşması ola bilər və bu fonda da belə problemlər yarana bilər.
Maliyyə Nazirliyi dövlət nəzarətini həyata keçirən bir orqan kimi vaxtında kütləvi formada dollarla kreditlərin verilməsi prosesinin qarşısını alsaydı, sonradan müştəri-bank arasında belə problemlər yaranmazdı və belə qərarların verilməsinə ehtiyac olmazdı. Yeni qərar müasir dövrün tələblərinə də cavab vermir. Dünyaya inteqrasiya edən bir ölkə kimi belə qərarlar bizi daha da geriyə aparır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol