Daha məktəb direktorları dərs deməyəcəklər
09:48 12.07.2018
Arxiv
4332
Təcrübə göstərir ki, onlar dərs deyən zaman idarəetmədə boşluq yaranır
Son günlər direktorlar və onların müavinləri, həmçinin, təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə mətbuatda məlumatlar dolaşır. Yəni, bu peşə sahibləri ya öz peşələrində qalmalı, ya da müəllim işləməlidirlər. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Cəsarət Valehov isə açıqlama verib ki, dərs demək istəyən direktorlar vəzifələri ilə vidalaşmalıdır.
O bildirib ki, məktəb direktoru və müavinləri dərs deyə bilməz: "Məktəb direktorları və onların müavinləri, həmçinin, təhsil şöbələrinin işçiləri orta məktəbdə dərs demək istəyirlərsə, o zaman onlar diaqnostik qiymətləndirmədən keçməlidirlər. Əgər diaqnostik qiymətləndirmədə müvəffəq qiymət ala bilərlərsə, onların inzibati vəzifəsinə xitam veriləcək. Bundan sonra dərs demək hüququna malik olacaqlar”.
Təhsil eksperti Kamran Əsədov isə C.Valehovun yanaşmasının yanlış olduğunu deyib:
"Təhsil işçilərinin vahid ştat cədvəlinə görə orta ümumtəhsil məktəblərində direktor və müavinlərin 12 saat dərs demək imkanı var. Lakin bu, o zaman uyğun görülür ki, məktəbdə dərs saatları bölünüb və əlavə dərs saatları da qalıb. Düzdür, təcrübə göstərir ki, onlar dərs deyən zaman idarəetmədə boşluq yaranır.
Xatırladım ki, 2017-ci ilin avqust ayında Təhsil Nazirliyi direktor və direktor müavinlərinin diaqnostik imtahanlarını keçirdi. Bu imtahandan uğurla keçən direktorlara birbaşa 6 saata qədər dərs demək, ehtiyac olarsa, 12 saata qədər saathesabı dərs demək ixtiyarı verdi. Amma indi irəli sürülən təklif özü-özünü inkar etməkdir”.
K.Əsədov təklif edilən bu qərarı ona görə doğru hesab edir ki, onlar yalnız idarəetmə ilə məşğul olsunlar. Bu gün təhsil islahatları davam edərkən dövlətə səriştəli, savadlı, işini bacaran idarəedicilər lazımdır:
"Direktor və müavinlər elə yaxşı olar ki, öz peşəkarlıqlarını peşələrində göstərsinlər. Onların müəllim işləməsi istisna hallarda mümkündür ki, məktəbdə həmin ixtisas üzrə müəllim yoxdur və təhsil şöbəsi o ixtisas üzrə müəllim tapa bilmir. İş saatlarının bölünməsi üçün bu uğurlu addımdır. Lakin direktor və direktor müavininin əmək haqqı kifayət qədər deyil ki, onların ehtiyacları ödənib və dərs deməsinlər. Bu həm də ixtisaslı kadr kimi onların sıradan çıxması ilə nəticələnə bilər. Orta məktəbdə çalışan hər bir şəxs müəyyən sahə üzrə ixtisaslı kadrdır.
Əgər o öz ixtisası üzrə dərs aparmasa, ixtisası yadından çıxacaq. Axı heç kim davamlı olaraq direktor və ya direktor müavini deyil. O, fəaliyyəti dövründə ixtisası ilə məşğul olmasa, bilik və bacarıqları zəifləyər. Yenə də deyirəm ki, təhsil qanunvericilik aktlarına görə direktor və müavinlər müəllimlər dərs saatı ilə təmin olunduqdan sonra 6 saatadək dərs apara bilərlər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou