
Deputat çağırış etdi: "İt, at, eşşək əti satanlar gördükdə dərhal məlumat verin ! "
13:29 25.10.2017
Arxiv
1203
"Mənşəyi məlum olmayan ətlərin satışının qarşısı alınması məsələsi parlamentdə də gündəmə gətirilib”.
Bunu "Sherg.az”a millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, məsələnin araşdırılması üçün Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərində ciddi tədbirlər görülür:
"Mənşəyi məlum olmayan ətlərlə bağlı informasiyalar daxil olan kimi müvafiq orqanlar tərəfindən böyük əməliyyatlar həyata keçirilir. Bu məsələdə prinsipial mövqe sərgiləmək lazımdır. Xüsusilə məlum şəbəkənin başında duran vəzifəli şəxslərin aşkara çıxarılması vacibdir ki, vətəndaşların səhhətinə zərər vura biləcək addımların qarşısı alınsın.
Amma hələ ki, tədbirlər tamamilə nəticə vermir. Bunun səbəbi isə hər kəsin öz funksiyasını lazımi səviyyədə yerinə yetirməməsidir. Bütün insanlar prinsipial yanaşarsa, mənşəyi məlum olmayan ət satışının qarşısını almaq asanlaşar”.
İnsanların öz səhhəti ilə bağlı məsuliyyətsiz olduğunu vurğulayan deputat qida məsələsində bu laqeydliyin aradan qaldırılmasının vacibliyindən danışıb:

"Xəstə, ölmüş heyvan əti ilə qidalanmağın cəmiyyəti böyük fəlakət qarşısında qoyduğunu unutmamalıyıq. Cəmiyyətin düşünən insanları buna qarşı prinsipial mübarizə aparmalıdır. Əks halda məsələnin qarşısını almaq çətin olacaq. Belə ciddi problemlərə hərtərəfli səfərbərlik lazımdır”.
Mənşəyi məlum olmayan ət satışına nəzarət məsələsinə gəlincə, F.Mustafa nazirliklərin ciddi işlər gördüklərini diqqətə çatdırıb. Deputatın sözlərinə görə, mənşəyi məlum olmayan ətləri aşkarlamaq elə də asan deyil:
"Problem himayəçilikdədir. Yerlərdə bu işlə məşğul olan şəxsləri, şəbəkələri aşkarlamaq çətindir. Ona görə, cəmiyyət olaraq mübarizə aparmağımız vacibdir. Kimin məlumatı varsa, böyük bir xəstəlik yayılması kimi dəyərləndirib, aidiyyəti qurumlara məlumat verməyi özünə borc bilməlidir. İnsanlar üzgörənlik edirlər, düşünürlər ki, kiminsə çörəyinə bais olmasınlar. Bununla da it, at, eşşək əti satanlara qarşı insanlar özləri göz yummuş olur”.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Balakən, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya