Deputat mandatının geri alınması məsələsi mübahisə doğurub
21:22 24.10.2017
Arxiv
577
Müəyyən düzəlişlərdən sonra qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq
Deputatın etik davranışı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə və Milli Məclisin Daxili Nizamnaməsinə düzəlişlərin edilməsinə dair layihənin müzakirəsi təxirə düşüb. Oktyabrda müzakirəsi nəzərdə tutulan layihə ilə bağlı müzakirələr növbəti sessiyada aparılacaq.
Layihədə əsas mübahisəli məqam davranışına və yol verdiyi digər ciddi nöqsanlara görə deputat mandatının geri alınmasının qaydasının tənzimlənməsidir. Bu halda hansı tərəfin qərarına əsasən deputatın mandatdan məhrum edilməsi məsələsi ilə bağlı ortaq məxrəcə gəlinməyib.
Qeyd edək ki, keçən sessiyada Milli Məclis "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun qəbul edib, qanun Azərbaycan Prezidenti tərəfindən təsdiq olunub. 13 maddədən ibarət olan qanunda Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.
Layihəyə sonradan edilən yeniliklərdə 4-cü maddədə deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı, qeyd olunmuş "bu cür çağırışlar etməmək” qadağası götürülüb.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, layihənin təxirə salınması təkmilləşdirmə işləri ilə bağlıdır.
Yoxsa ki, burada söhbət "Deputatın etik davranışı haqqında” qanun layihəsinin gündəlikdən tamamilə çıxarılmasından getmir. Konstitusiyada müvafiq müddəalar olduğu üçün belə bir qanunun qəbulu mütləqdir. Sadəcə olaraq müəyyən qədər mübahisə doğuran məsələlər olduğu üçün qanun layihəsi yenidən işlənəcək.
Etiraz doğuran əsas nüans da davranışına və yol verdiyi digər nöqsanlara görə deputat mandatının geri alınması ilə bağlı sadə mexanizmin dəyişdirilməsi və bunun məhkəmə orqanları vasitəsilə həyata keçirilməsinin vacibliyidir. Yəqin ki, müəyyən cilalanmadan sonra qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq. Ona görə də təxirəsalınmadan daha çox üzərində son işləmələr gedir kimi dəyərləndirmək olar.
F.Mustafanın fikrincə, sözügedən maddədən başqa qanun layihəsində narazılıq doğuran heç bir qeyd yoxdur. Qalan bütün maddələr məqsədəuyğundur.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya