Deputat: "Prezidentin nümayəndəsinə edilən sui-qəsd lənətlənməlidir” - İtaətsizliyə çağırış yolverilməzdir
14:12 09.07.2018
Arxiv
794
"Yunis Səfərovdan "qəhrəman” düzəltmək istəyirlərsə, bu sadəcə təəssüf doğuracaq məqamdır”.
Bu barədə "Sherg.az”a Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun qəhrəmana çevrilməsindən və bu məsələ ilə bağlı itaətsizliyə çağırışlardan danışarkən millət vəkili Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, bu addım Azərbaycanı sevməyən, düşmən kəsilən şəxslərin əməli ola bilər:
"Dövlət və hakimiyyət nümayəndəsinə silah qaldıran şəxsdən qəhrəman düzəltmək düzgün yanaşma deyil. Mən artıq mətbuatdan məlumat aldım ki, Əlikram Hümbətov də digərləri Y.Səfərovun hüquqlarını müdafiəsi ilə bağlı təşkilat yaratmaq üçün çağırış ediblər. Hansı hüquqlardan söhbət gedir? O, hakimiyyət nümayəndəsinə silahdan atəş açaraq, sui-qəsd törədib. Birbaşa bu cinayətin icraçısıdır. Ola bilər, cinayətin digər sifarişçiləri, digər iştirakçıları və arxasında dayanan qüvvələr olsun. Azərbaycan Respublikası Prokurorluğunun ciddi araşdırma apararaq, cinayətin səbəblərini ortaya qoyacağını düşünürəm. Bu cinayətdə əli olan hər kəs məsuliyyətə cəlb edilərək, qanun qarşısında cavab verəcək.
Bəzi qüvvələr isə baş verən hər bir bədbəxt hadisə üzərində özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ortada insan taleyi olsa belə, sevinc hissi ifadə edirlər. Bu, yolverilməzdir, insanlığa yaraşmayan addımdır. Kimliyindən və motivindən asılı olmayaraq, Prezidentin bölgədəki nümayəndəsinə edilən sui-qəsd lənətlənməlidir".
Azərbaycanın ən stabil ölkələrdən biri olduğunu xatırladan parlamentari diqqətə çatdırıb ki, islamı, türkü sevməyənlər dövlətimizin işıqlı gələcəyinə təsir etmək məqsədilə stabilliyi pozmağa çalışırlar:
""Sapı özümüzdən olan baltalar” sosial çağırışlar edib, insanları radikal addımlar atmağa səsləyirlər. Bu cür addım atan şəxslərin araşdırılıb, qanunda nəzərdə tutulan qaydada məsuliyyətə cəlb ediləcəyinə əminəm. Çünki Mingəçevir İES-dəki qəzadan sonra cənab prezidentin təşkil etdiyi müşavirədə daxili işlər naziri cənab Ramil Usubov da bildirdi ki, ölkədə bəzi arzuolunmaz çağırışlar edilir və həmin çağırışı edənlərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Azərbaycan xalqı müdrik xalqdır və aprelin 11-də keçirilən seçkilər göstərdi ki, xalqımız prezidentin ətrafında sıx birləşib. Bütün dünyada olduğu kimi, ölkəmizdə də Prezidentin siyasi kursuna zidd çıxış edən şəxslər də var. Onlar isə mövqelərini itaətsizliklə deyil, qanun çərçivəsində ortaya qoymalıdırlar. Sosial çağırışlar etməklə müşahidə olunan vəziyyət artıq qanun pozuntusudur. Bir daha qeyd edirəm, baş verən hadisə hansı motiv daşımasından asılı olmayaraq, dövlət və hakimiyyət nümayəndəsinə qarşı törədildiyinə görə pislənməli, cinayətkarlar layiqli cəzasını almalıdır”.
Aysel Aslan, Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual