Deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə növbəti görüşlərini keçirib- FOTO
11:59 07.02.2020
Arxiv
1169
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçiciləri ilə növbəti izdihamlı görüşlər keçirib.
Trend-in məlumatına görə, S.Mikayılova bu dəfə seçki dairəsinə daxil olan Xudat şəhərində yaşayan seçicilərlə, şəhərin mədəniyyət evində sakinlər qarşısında izdihamlı çıxış edib.
Seçicilərin kütləvilik təşkil etdiyi görüşlərdə S.Mikayılova xoş münasibətlə qarşılanıb və seçicilərin rəğbətini qazanıb.
S.Mikayılova görüşdə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, ölkəmizin dinamik inkişafı, son illərdə həyata keçirilən hərtərəfli islahatlar, sosial layihələr haqqında seçicilərə geniş məlumat verib, o cümlədən onları maraqlandıran məsələləri dinləyib və suallarını cavablandırlıb.
Deputatlığa namizəd bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin əsasında insan amili, milli və dövlətçilik maraqları dayanır. O qeyd edib ki, son illərdə ölkəmizdə reallaşdırılan hərtərəfli inkişaf strategiyası, aparılan geniş miqyaslı islahatlar, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ölkəmizin dayanıqlı inkişafına imkan verir, insanlarımızın sosial rifahının və həyat şəraitin yüksəlməsinə xidmət edir.
O qeyd edib ki, Azərbaycanda həyata keçirilən islahatlar, sosial-iqtisadi inkişaf layihələr ardıcıl xarakter daşıyır.
S.Mikayılova onu da vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafının müsbət təsirlərini öz həyatında hiss edir.
Daha sonra S.Mikayılova namizədliyini irəli sürdüyü dairəyə daxil olan Əhmədoba, Hacıəhmədoba, Qaracəli, eləcə də İstisu qəsəbəsi və Seydlər kəndində seçicilərlə görüşüb. S.Mikayılova görüşlərini Ləcət, Susayqışlaq kəndi və Yalama qəsəbə sakinləri ilə davam etdirib.
Görüşlər zamanı çıxış edən seçicilər də ölkəmizdə görülən işlərin onların həyatına müsbət təsirini qeyd ediblər. Onlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan geniş miqyaslı quruculuq işlərini yüksək qiymətləndiriblər.
Seçicilər həmçinin deputatlığa namizəd S.Mikayılovanın seçkiqabağı təşviqat kampaniyası dövründə seçiciləri ilə mütəmadi görüşlərini, ətraflı müzakirələr aparmasını müsbət dəyərləndiriblər və təşəkkürlərini bildiriblər. Seçicilər S.Mikayılovanın onların etimadını doğruldacağına inandıqlarını bildirərək 9 fevralda ona səs verəcəklərini diqqətə çatdırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm