DİQQƏT: Dağıdıcı viruslar yayılır ! - Necə qorunaq ?
13:27 03.11.2017
Arxiv
1181
Osman Gündüz:"Bu viruslardan qorunmaq üçün ilk addım odur ki, istifadə olunan avadanlıqlar yenilənməlidir. Proqram təminatları hər gün “update” olunmalıdır"
"Viruslar məqsədli şəkildə yayılır”.
Bunu "Sherg.az”a son günlər dövlət qurumu və özəl təşkilatların informasiya sistemlərinə yayılan viruslarla bağlı danışarkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, hansısa şirkətə, qruplara, hətta ölkələrə qarşı belə viruslar yayıla bilir:
"Bu cür dağıdıcı proqramlardan son dövrlərdə daha yüksək güclər əks tərəflərə qarşı istifadə edirlər. Məsələn, hansısa təşkilat rəqibinə, şirkət digər həmkarına, yaxud dövlətlər bir-birlərinə qarşı viruslar tətbiq etməklə əks addım atırlar.
Müasir əməliyyat sistemləri getdikcə təkmilləşdirilir. Görülən təhlükəsizlik tədbirləri sayəsində yeni sistemləri sıradan çıxarmaq, çökdürmək elə də asan olmur. Bu viruslardan qorunmaq üçün ilk addım odur ki, istifadə olunan avadanlıqlar yenilənməlidir. Proqram təminatları hər gün "update” olunmalıdır. Çünki bu zaman şirkət qoruyucu məqamları nəzərə alır.
İstifadəçi ilk növbədə özünün virtual dünyadakı iş yerini qaydaya salmalıdır. Elementar təhlükəsizlik qaydalarına riayət etməli, arzuolunmaz məktublar, fayllar gəlirsə, açmamalıdır. Digər xarici ölkələrdə öz profillərinə, hesablarına daxil olanda diqqətli olmalıdır.
Köhnə əməliyyat sistemlərindən istifadə olunduğu təqdirdə, antiviruslar mütləq olmalı və yenilənməlidir.
Azərbaycanda internet istifadəçilərinin şikayətlərinə cavab verən Elektron Təhlükəsizlik Mərkəzi var. Bu qurum fəaliyyətini gücləndirməli, istifadəçilərə bu istiqamətdə profilaktik məlumatlar verməlidir”.
Qeyd edək ki, bir müddət öncə müxtəlif ölkələrdə 200-dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran "Bad rabbit” adlandırılan ransomware virusu aşkarlanıb. Virus "Win32/Diskcoder.D” "Trojan-Ransom.Win32.Gen.f”, "Win32/Tibbar”, "Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir. Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan 0,05 bitcoin (~ $285) tələb edir. Belə ki, virus bəzi rus xəbər media saytlarına daxil olan istifadəçilərə saxta "Adobe Flash Player"də yenilik barəsində pop-up reklam mesajı kimi təqdim olunaraq yayılıb. Bununla yanaşı, istifadəçilər bu və ya digər təhlükəli saytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual