DİQQƏT ! : Köhnə pul əsginaslarının üzərində 200 növə qədər xəstəlik olur

"Müxtəlif dəri, infeksion, hətta zöhrəvi xəstəliklərin, o cümlədən vərəm mikrobakteriyalarının, qarın yatalağını oyadan, A hepatiti virusları, qrip, bağırsaq qurdları və qotur xəstəliklərinin daşıyıcısı ola bilər"





Əllərin gigiyenası bir çox xəstəliklərin yayılması riskini azaldır

"Sherg.az”ın məlumatına görə, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər.

Hər gün toxunduğumuz pul əsginasları xüsusilə köhnə, əzilmiş pullar üzərində 200 növə qədər müxtəlif dəri, infeksion, hətta zöhrəvi xəstəliklərin, o cümlədən vərəm mikrobakteriyalarının, qarın yatalağını oyadan, salmonellez və dizenteriya, A hepatiti virusları və qrip, bağırsaq qurdları və qotur xəstəliklərinin daşıyıcısı ola bilər. 

Xarici valyuta nümunələri, bir ölkədən başqasına səyahət edən əsginaslar isə daha təhlükəlidir. Amerika alimlərinin araşdırmalarına görə, əskinasların 94 faizi 93 növ patogen bakteriya daşıyıcısıdır. Təhlükəyə ilk növbədə zəif immunitetli adamlar, uşaqlar, qocalar və işi ilə bağlı olaraq pula toxunanlar - satıcı, kassir, taksi sürücüsü məruz qalırlar.

Sağlamlığı qorumaq üçün əlləri axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan öncə və hər dəfə çirklənəndə mütləq yumaq lazımdır. İnsanlarla əlsıxmadan, tualetdən, burun silmə və ya asqırmadan, heyvanlarla təmasdan sonra, yemək hazırlayarkən ya da qida qəbulundan, yatmazdan əvvəl, gəzintidən, təmizlik işlərindən sonra və ümumiyyətlə əllərin çirkləndiyi hər halda yaxşıca yumaq tövsiyə olunur.

Yaxşı olardı ki, ilıq sudan istifadə olunsun, çünki mütəmadi olaraq soyuq sudan istifadə əlin dərisini codlaşdırır və kobud edir.