"Duqinin açıqlaması siyasi romantikadan başqa bir şey deyil” - Politoloq
12:42 09.07.2018
Arxiv
599
"Aleksandr Duqinin açıqlaması sadəcə siyasi romantikadan başqa bir şey deyil”
Bunu "Sherg.az”a rus filosof Aleksandr Duqinin "Türkiyə, İran və Rusiya dünyanın gələcəyini müəyyən edəcək" iddiasını şərh edərkən Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan söyləyib.
Ekspert A.Duqini normal adam hesab etmədiyini bildirib:
"Əslində bu üçlü ittifaq deyil. Sadəcə bölgədə baş verən hadisələr fonunda yaradılmış birlikdir. Bəzən buna uzun müddətli strateji müttəfiqlikdə deyilir. Bölgədə Suriya və İraqda yaranmış hadisələr fonunda Türkiyə və İranın ərazi bütövlüyü, təhlükəsizliyi təhdid olundu. Türkiyə öz təhlükəsizliyini qorumaq üçün Suriya və İraqda bir sıra əməliyyatlar aparmağa məcbur qaldı. Bu zaman da onun İran və Rusiya ilə maraqları üst-üstə düşdü.
Maraqların üst-ütə düşməsidən dolayı bölgədə məlum məsələ ilə bağlı üçlük yarandı. Əslinə qalsa, Türkiyənin daha çox müttəfiqi ABŞ və Qərb ölkələridir. Çünki Türkiyə Qərb ölkələri ilə bir yerdə NATO-nun üzvüdür. Başqa sözlə, Türkiyənin ərazisi hətta NATO-nun ərazisi sayılır. Türkiyəyə qarşı hər hansısa bir hədələr NATO-nun hədələnməsidir. Qardaş dövlətə qarşı terror aktı, ərazi bütövlüyünün parçalanması NATO dövlətinə qarşı terrorun olması və ya ərazi bütövlüyünün parçalanması deməkdir. NATO təkcə hərbi blok deyil, həm də siyasi blokdur".
Türkiyə, İran və Rusiya arasındakı anlaşmalara gəlincə, S.Soltan diqqətə çatdırıb ki, bu regional müttəfiqlikdir:
"Bu müttəfiqliklə nə dünyanı, nə də hər hansı bir regionu idarə edə bilərlər. Bu üç dövlətin strateji maraqları, problemləri bir-birindən kəskin şəkildə fərqlənir. Məsələn, Türkiyə Ermanistanın Qarabağ torpaqlarını işğal etdiyini bidirir. Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə müdafiə edir. Ermənistanla birlikdə heç bir qapını açmır. Ermənistanı işğalçı dövlət kimi tanıyır. Amma Türkiyənin bu mövqeyində İran və Rusiya yoxdur. İran və Rusiya işğalçı Ermənistanı bütün formada dəstəkləyir. Beləliklə də Qarabağ torpaqlarının işğal altında qalmasına yardımçı olur. Aleksandır Duqinin bu çıxışları cəfəngiyatdır və siyasi romantikadan ibarətdir. Ona görə ki Türkiyə, Rusiya və İranın maraqları bir çox məsələlərdə üst-üstə düşmür”.
Qeyd edək ki, Rusiyalı filosof Aleksandr Duqin İranın dövlət televiziyasında yayımlanan "Sərhədsiz” proqramında çıxışı zamanı Türkiyə, İran və Rusiya ittifaqı dünyanın gələcəyini müəyyən edəcəyini deyib. Türkiyə, İran və Rusiyanın əməkdaşlığının başda Suriya məsələsi olmaqla bölgədəki sülhün təminatçısı olduğunu bildirən Duqin, bu əməkdaşlıq sayəsində ABŞ-ın bölgədəki strategiyalarının da uğursuzluğa düçar edildiyini qeyd edib. Duqin həmçinin 3 ölkənin əməkdaşlığı sayəsində ABŞ-ın bölgədə nüfuz itirdiyini vurğulayıb: "Bu ittifaq dünyanın gələcəyini müəyyən edəcək. Avrasiya layihəsinin uğurla tətbiq edilməsi nəticəsində beynəlxalq ictimaiyyət tək qütblü nizamdan çoxqütblü nizama keçid edəcək və ABŞ-ın bölgədəki nüfuzu azalacaq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya