"Əcnəbiləri aldadıb, pulunu mənimsəyən dələduzlar artıb"
13:47 07.11.2017
Arxiv
511
Əliməmməd Nuriyev:“İran vətəndaşının pulunu mənimsəyən şəxs barəsində dələduzluq maddəsi ilə cinayət işi başladılmalıdır"
"Xarici ölkə vətəndaşlarının Azərbaycanda ali məktəblərə qəbul olunmasında fərqli qaydalar tətbiq edilir. Ona görə, bəzən əcnəbilər bundan sui-istifadə edən dələduzlarla rastlaşır”.
Bunu "Sherg.az”a İran vətəndaşının Azərbaycan Tibb Universitetinə qəbul edilmək vədi ilə aldadılmasına münasibət bildirərkən "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.
Hüquqşünas bildirib ki, başqa ölkə vətəndaşları Azərbaycanda ali təhsil müəssisəsinə qəbul olmaq istəyirsə, ilk növbədə universitetlərin özü ilə əlaqə saxlamalıdır:
"İran vətəndaşını aldadaraq, pulunu mənimsəyən şəxs barəsində dələduzluq maddəsi ilə cinayət işi başladılmalıdır. Belə faktların qarşısını almaq üçünsə, ali məktəblərə qəbul şərtləri daha aydın və əlçatan formada insanlara çatdırılmalıdır. Yəni, əcnəbi hansısa ali məktəbin şərtləri ilə bağlı fərqli dillərdə məlumat almalıdır. Xüsusilə, ali məktəblərin saytında qonşu ölkələrin dillərində məlumatlar dərc olunmalıdır. Bu zaman həmin şəxslər ali təhsil ocaqları ilə birbaşa əlaqə yaratmaq imkanına malik olacaqlar. Belə maarifləndirici tədbirlərdən sonra əcnəbilərin dələduzluqla üzləşməsi ciddi şəkildə azala bilər.
Ali təhsil müəssisələri və Təhsil Nazirliyi bu işlərdə qeyri- hökumət təşkilatlarının dəstəyindən də istifadə edə bilərlər. Əhəmiyyətli maarifləndirmə, məlumatlandırma işləri aparılarsa, ölkəmizdə əcnəbi tələbələrin sayı artacaq. Həm də universitetlərin prestiji üçün belə tədbirlər vacibdir. Xaricilərin Azərbaycana gəlməsi ölkədə təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək”.
Qeyd edək ki, İran İslam Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Sabirik Harzaqahi Əli Məhəmmədhüseyn oğlu Nəsimi rayon 20-ci Polis Bölməsinə müraciət edərək, dələduzluqla qarşılaşdığını bildirib. Şikayətçinin sözlərinə görə, həmyerlisi olan tanışı Fərhad Fərhadyan onu Bakıda fəaliyyət göstərən Tibb Universitetinə qəbul etdirəcəyinə vəd verib. Bu məqsədlə 22 yaşlı Sabirik Harzaqahi Fərhadyana 7500 manat pul verib. Lakin o, daha sonra aldadıldığını görərək polisə müraciət edib. Müraciət əsasında araşdırma aparılır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat