“Gündüz içir, axşam mətbuata ağzına gələni deyir. Ertəsi gün ayılanda peşman olur”
“Əjdər Zeynalov teatra direktor gəlmək istəyir”
10:03 31.10.2017
Arxiv
620
İftixar Piriyev: “Ona görə məni şərləyir, işgüzar nüfuzuma xələl gətirir”
“Gündüz içir, axşam mətbuata ağzına gələni deyir. Ertəsi gün ayılanda peşman olur”
“Gündüz içir, axşam mətbuata ağzına gələni deyir. Ertəsi gün ayılanda peşman olur”
Teatrlarda son illər müxtəlif səpkili insidentlərin şahidi olmuşuq. Xüsusən də teatr direktorları ilə aktyorlar arasında baş verən qalmaqallar, çəkişmələr mətbuatda da tez-tez görünür. Son günlər İrəvan Dövlət Teatrında yaşananlar da ictimailəşib. Teatrın əməkdar artisti Əjdər Zeynalov İrəvan Teatrının direktoru İftixar Piriyevi suçlayır.
Mətbuatda teatrın direktorunun ünvanına səslənən sərt ittihamlar bu günə qədər cavabsız qalıb. Teatrın direktoru İftixar Piriyev "Şərq”də ünvanına səslənən ittihamlara cavab verdi.
- İftixar müəllim, teatrda nə baş verir?
- Şükür ki, teatrda hər şey qaydasında gedir. Normal yaradıcılıq mühiti var. Hansısa insidentdən söhbət gedə bilməz.
- Bəs Əjdər Zeynalovla yaşanan insident nədən qaynaqlanır?
- Teatrda Əjdərdən başqa narazı olan yoxdu. Nəyə görə yazdığını mətbuatda deyir.
- Əjdər Zeynalov deyir ki, teatrın direktoru vəzifəsindən sui-istifadə edir, bizi lazımsız məkanlarda şeir deməyə məcbur edir, aktyorlarla münasibətində hamıya qul kimi baxır.
- Bunlar hamısı uydurulmuş böhtanlardı. Əjdər davamiyyətinə və əmək intizamını pozduğuna görə işdən azad edilib. Vəssalam. Bunu niyə qəbul edə bilmir. Onun dediyi sözlər həqiqətə əsaslanmır. Mən heç bir aktyoru lazımsız yerə göndərmirəm. Aktyor lazım olan yerdə işləyir. Mən teatrın direktoru olaraq hansı məkana çıxışları uyğun görürəmsə, orda da teatr çıxış etməlidir.
- Sizə niyə böhtan atsın ki?
- Çünki Əjdər Zeynalov teatra direktor gəlmək iddiasındadır. Ona görə də məni şərləməyə çalışır. Onun məqsədi mənim işgüzar nüfuzuma xələl gətirməkdi. O direktor olmaq xülyası ilə yaşayır. Ayrı bir məqsəd yoxdur.
- Yəni məqsədli böhtan atır deyirsiz?
- Bəli, düşünülmüş, məqsədli və qərəzli böhtanlar, ittihamlardı. 2008-ci ildən teatrda çalışır. Dəfələrlə ondan diplomunu tələb etmişik. Deyib ki yoxdu, itirmişəm. Bu günlərdə hardansa diplomu tapıb gətirib. Diplom evdə qoymaq üçün deyil, işə gətirilmək üçündü. Bilirsiz, onun dedikləri əsassızdı. Bir maraqlanın görün teatrda onu sevən, ona hörmət edən insan varmı? Heç kimlə ünsiyyət yarada bilmir, həmkarlarını aşağılayır, təhqir edir. Teatrı təhqir edən müsahibələr verməklə nə əldə etməyə çalışır. Bütün bunların başında Əjdər Zeynalovun teatra direktor təyin olunmaq iddiası durur.
- Təxminən neçə müddətdi bu iddia ilə yaşayır. Bunu açıq deyir.
- Orda-burda xeyli müddətdir deyir ki, teatra özüm direktor gələcəm. Özüm oraları düzəldəcəm. Burda düzələsi nə var ki, gəlib düzəldəcək? Teatr illərdi fəaliyyət göstərir. Neçə illərdi teatrda insident baş vermirdi, indi o teatra direktor gəlmək istəyəndə başlayıb bu problemlər. Teatrda normal yaradıcılıq mühiti var. Hazırda teatrda 3 yeni tamaşa üzərində məşqlər gedir. Aktyorlar məşqlərini edirlər. 136 mövsümü çox təmtəraqlı şəkildə açdıq. Təxmiən 600-dan çox tamaşaçı üçün yer olmadı deyə, biz bu günlərdə yenidən həmin tamaşanı təqdim etməyi nəzərdə tutmuşuq. Əjdər nə deyir maraqlı deyil. Maraqlı odur ki, bizim keyfiyyətli tamaşalarımız var. Tamaşaçı bizim teatra gəlir. Teatrımızda sağlam əhval-ruhiyyə var. İttihamlar onun şəxsi məqsədlərinə xidmət edir. O bu ittihamları mətbuatda təqdim etməklə diqqəti özünə çəkmək, məni ləkələmək və teatra rəhbər gəlmək məqsədi daşıyır. O gözünün içinə qədər yalan deyir. Gündüz içir, axşam mətbuata ağzına gələni deyir. Ertəsi gün ayılanda peşman olur. Deyir ki, mən elə deməmişəm, jurnalistlər belə yazıb. Məşqlərdən sonra içkili olur, özünü idarəni itirir. Başlayır mənasız açıqlamalar yaymağa, sonra da peşmançılıq çəkir. Bu dəfələrlə təkrarlanıb. Ciddi insan deyil. Teatrın çətin dönəmlərində teatrı atıb Moskvaya qaçıb. Dostları o vaxtlar ona fərari deyirdilər.
- Yəni Moskvaya qaçıb deyəndə nəyi nəzərdə tutursuz?
- 1990-cı illərin sonlarında teatrın çətin dönəmində qoyub qaçdı Rusiyaya.
- Nə üçün gedib?
- Gedib orda küçə alveri ilə məşğul olub. Küçə alveri də uğursuz olub. Əjdər alverçi təfəkkürü olan insandı, onun yaradıcı ruhundan xəbəri yoxdu. Heç nə əldə edə bilməyib. Ondan dostları soruşur ki, küçə alverində niyə uğursuz oldun. Deyir ki, araq şüşəsi imkan verdi ki? Bu insan araq şüşəsinin qurbanı olan zavallı insandı. İttihamları isə tamamən əsassız, böhtan xarakteri daşıyır.
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual