Elçin Şıxlı: “Əcəb eləyib onu qovub!” - CAVAB
08:13 08.11.2017
Arxiv
920
Kulis.az-da mərhum şair Kələntər Kələntərlinin "Bu səfər bitən deyil” kitabından bir xatirə yayımlanıb. Həmin xatirə birmənalı qarşılanmadı. Xatirədə həbsdən çıxan şairin təzədən Yazıçılar Birliyinə üzv olmaq istəyinə İsmayıl Şıxlı "Bundan sonra bizim cərgəmizə qayıtmağa sənin mənəvi haqqın yoxdur” cavabını verib.
Məsələ ilə bağlı yazıçının oğlu, tanınmış jurnalist Elçin Şıxlı fikirlərini bildirib. O saytımıza açıqlamasında qeyd edib ki, K.Kələntərlinin yazısı başdan-ayağa səhvlərlə doludur:
"Orda yazır ki, Balaş Azəroğlu katib idi. Halbuki 81-ci ildən sonra katib seçilib. Ümumiyyətlə, Kələntər Kələntərlinin yazıları ilə bağlı həmişə etirazlar olub. Nəriman Qasımoğlu və Paşa Əlioğlunun etirazları yadımdadır. Qaldı İsmayıl Şıxlıya... İsmayıl Şıxlı Azərbaycan çörəyini yeyib Azərbaycanda separatçılıq eləyən, milli ədavət salan adama o sözləri deyərdi. İsmixan Rəhimov adında adam olub, bizim gözəl dilçimiz. Gülhüseyn Hüseynoğluyla Azərbaycanın müstəqilliyi üçün gizli təşkilat yaratmışdı. Müharibədən sonra hər ikisi həbs olunub sürgün edilmişdi. Atamın aspirant yoldaşı olub İsmixan. Mənə maraqlıdır, həbsdən qayıdan adamla görüşən, ona kömək eləməyə qorxmayan İsmayıl Şıxlı necə Kələntərə yardım etməzdi? Əgər Kələntər düz adam olsaydı, o sözləri ona deməzdi. Fikir verin, yazıda Kələntər yazır ki, sevimli müəllimim İsmayıl Şıxlı parkda qoluma girdi və məni kabinetinə dəvət etdi. Axı qoluna girib kabinetinə dəvət edən adam pis ola bilməz. Məntiq yoxdur burda. Yəqin, kabinetinə çağırıb Kələntəri, o da artıq-əskik danışıb və o da elə deyib. Əcəb eləyib və düz eləyib. Ümumiyyətlə, İsmayıl Şıxlının Azərbaycana xor baxan adamlara münasibəti bu cür olub. Separatçıları qovmaq və yerini göstərmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət