Elə bir məzar çıxdı ki...
19:52 06.11.2017
Arxiv
592
Qazıntılar dayandırıldı, səlahiyyətlilərə xəbər verildi
Ərazidə qazıntılar aparan fəhlələr bənzərsiz bir qaya məzarına rast gəlib. İşlər dayandırılıb, dərhal səlahiyyətlilərə xəbər verilib.
40 yaşlı Nuru Bilgiç, öz ərazisində işə başlayıb. İş maşını operatoru torpağın təxminən 4 metr altında bir qayaya rast gəlib. Operator vəziyyəti Nuru Bilgiçə bildirir. İşi dayandıran Nuru Bilgiç, Demre Jandarma Komandirliyinə xəbər verir. Jandarma, bölgədə tədbir götürərək Demre Likya Sivilizasiyaları Muzeyi Müdirliyindən yardım istəyir. Arxeoloqlar parçanın bir qaya məzarı olduğunu təyin edib.
Likya Sivilizasiyaları Muzeyi Müdiri Niluffer Sezgin, 3 arxeoloq və 8 işçinin qatıldığı qazıntı çalışmasına başlanıb. Qazıntı sonununda E.Ə. 4-çü əsrə aid edilən Likya qaya məzarı ortaya çıxarıldı. 2 mərtəbəli 5x4 metr ölçüsündə məzarın antik dövrə aid olduğu təxmin edilir.
Dənizçi bir xalq olan likyalıların işarələr şəklindəki məzarının alt tərəfi gəmiçi pruvası şəklində, üst tərəfi ev tipi tikilib, məzarın Likya arxitekturası ilə inşaa edildiyi və əsas qayanın oyulduğu təyin olundu.
Tək otaqlı və 3 qapılı hazırlanan məzarın e.ə. 6-çı əsrdə o vaxtı ki adı ‘Myros’ olan indiki Demre çayının daşması nəticəsində, üçqunun altında qaldığı təxmin edilir. Məzarın sol tərəfində torpaqdan təxminən 50- 60 metr yüksəklikdəki qayada da bir Likya qaya məzarı yer alıb. Muzey səlahiyyətliləri məzarın ətrafında qazıntıya davam ediləcəyini, başqa məzarlar olub, olmadığının araşdırılacağını bildirib. Ərazi sahibi Nuru Bilgiç, "Sənədli ərazimdə yüksəltmə edərkən, kirayəyə götürdüyüm maşınla belə gözəl bir məzara rast gəldik. Dərhal ərazidən maşınımızı çəkdik. Jandarmaya xəbər verdik. Gözəl bir məzar çıxdı. Hər vətəndaşın etməsi lazım olanı etdik. İnşallah sonu xeyirli olar” deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region