Enerji sisteminin dayanıqlığı qorunacaq
20:44 12.07.2018
Arxiv
417
Enerji sisteminin dayanıqlığının qorunub saxlanılması üçün "Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür.
"Azərenerji” ASC-dən bildirilib ki, iyulun 12-də saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 kilometr məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi, eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 kilometr məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib. "Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan” İES və Mingəçevir SES-i Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli 220 kilovoltluq Qəbələ, 220 kilovoltluq Ağsu və 330 kilovoltluq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.
Digər 500 kilovoltluq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş vermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayrılıb.
Yüksəkgərginlikli 220-500 kilovoltluq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izolyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izolyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümkünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır.
Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün "Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region