Ermənistan cəbhədə niyə təxribat törətdi ? - Pərdəarxası
10:37 27.03.2019
Arxiv
767
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vyanada görüşəcəklər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.
Artıq 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdən gözləntilərini dilə gətirən politoloq Tofiq Abbasov "Sherg.az”a bildirib ki, Ermənistan rəsmiləri hər zaman Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda gedən danışıqlarda aqressiv, anlaşılmaz və özləri üçün təhlükəli davranış sərgiləyirlər:
"Yəni işğalçı ölkə münaqişənin həlli istiqamətində hər hansısa bir müsbət addım atmır. Elə onun nəticəsində də dünən Azərbaycan əsgəri şəhid oldu. Bunun səbəbi Ermənistanın Azərbaycanla olan siyasi prosesi dağıtmaqla məşğul olmasıdır. Hər zaman işğalçı ölkə başqa sahələrdə tətbiq etməli olduğu müntəzəmliyi məhz bu prosesdə göstərir. Fikrimcə, bütün bunlar Ermənistanın sülh prosesinə hazır olmamasından xəbər verir.
Hər dəfə Azərbaycan tərəfi iki ölkə arasında baş verən münaqişənin həlli istiqamətində addım atdıqda Ermənistan cəbhə xəttində təxribat törədib, atəşkəsi durmadan pozur. Elə indi də görüşlər ərəfəsi işğalçı ölkə sabitliyi pozmağa cəhdlər göstərir.
Məhz son günlər baş verənlər də bunu sübut edir. Ermənistan bütün dünyaya bəyan edir ki, Azərbaycanla olan təmas xəttində sakitlik yoxdur. Bu səbəbdən də münaqişənin dinc yolla həlli üçün zəmin görünmür.
Amma hər zaman Azərbaycan bildirib ki, bizim Ermənistanla təmas xətti ərazilərmizdə yaşayan dinc insanlar daim risklərlə üz-üzədir. Lakin Ermənistanın ölkəmizlə olan təmas xəttinə yaxın əraziləri Azərbaycanın işğal olunmuş torpaqlarıdır və orada insanlar yaşamır”.
T.Abbasov onu da bəyan edib ki, hazırda növbəti görüş ərəfəsində Ermənistanın təxribatlarının şahidi oluruq:
"Bu da ondan xəbər verir ki, Ermənistanda nisbətən yeni qüvvə hakimiyyətə gəlsə də, onun tətbiq etdiyi siyasi kurs köhnə kursdur.
Həmin kursun qarşısında duran məsələlər də Azərbaycan torpaqlarının işğalda qalmasını davam etdirmək, sülh prosesini sonuna qədər parçalamaqdır. Hesab edirəm ki, bir ilə yaxın hakimiyyətdə olan Nikol Paşinyan köhnə, özünü doğrultmayan siyasəti təkrar etməklə özünü riskə atır”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət