"Ermənistan nə ölkədir ki, münaqişənin həllinə bu qədər təsir göstərsin ? ! ” - Deputat
12:04 06.11.2017
Arxiv
809
"Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi bəzi ölkələrin marağında deyil”.
Bu barədə "Sherg.az”a millət vəkili Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor Ağacan Abıyev bildirib. Parlamentari qeyd edib ki, əslində bu münaqişə həll edilməli idi:
"Amma yaradılan komissiyaların, təşkilatların üzvləri nə düşünür, nəyi uzadır? Torpaqlarımızın işğal altında olmasına görə, millət, qaçqın və məcburi köçkünlər əziyyət çəkir. Bunu görmürlər? Beynəlxalq təşkilatlar məlum məsələləri tənzimləyib, insanları razı salmalıdır. Bunu bacarmırlarsa, həmin təşkilatlara nə ehtiyac var? Başa düşmürəm, yaradılan beynəlxalq komissiyalar nə üçündür? ATƏT-in Minsk qrupu münaqişəni həll edə bilməyəcəksə, niyə yaradılıb? Əslində Dağlıq Qarabağ münaqişəsini yoluna qoymaq bu qədər də çətin deyil.
Ermənilər torpaqlarımızı işğal ediblər. İşğalçı dövləti tanımaq lazımdır. Münaqişənin həll edilməsinin bu qədər uzanması vasitəçilərin hansısa marağının olmasından xəbər verir. Ermənistan nə ölkədir ki, münaqişənin həllinə bu qədər təsir göstərsin ?”
Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllini aidiyyəti təşkilatlar təmin edə bilər. Lakin istənilən beynəlxalq təşkilat bu məsələdə obyektiv olmalıdır. Bütün hallarda biz öz sözümüzü demişik. Azərbaycan bir qarış torpağını belə heç kimə verməyəcək. Danışıqların nəticəsi olmazsa, aprel döyüşlərini təkrarlaya bilərik. Amma biz müharibə deyil, beynəlxalq qanunlar əsasında, sülh yolu ilə problemin həll olunmasını istəyirik.
Hər kəs öz ölkəsini tanımalı və öz torpaqlarında yaşamalıdır. Heç kimin başqa ölkənin ərazisini işğal edib, ələ keçirməyə ixtiyarı yoxdur. Bu beynəlxalq normalara hər kəs riayət etməlidir. Bu normalara riayət etməyən Ermənistan kimi kiçik dövlətlərdən isə tələb edilməlidir. Gec-tez münaqişə həll ediləcək və obyektiv şəkildə torpaqlarımız qaytarılacaq”.
Qeyd edək ki, prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə çıxış edərkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinə toxunub. Ölkə başçısı bildirib ki, bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region