Ermənistan ordusu çökür
09:20 30.11.2018
Arxiv
464
Cəbhədə duranlardan pul toplanılması narazılıq yaradıb
Ötən gün ABŞ-ın Los Anceles şəhərində "Hayastan” ümumerməni fondunun illik telemarafonu keçirilib. Bu dəfə "Birlikdə yaradaq” şüarı altında keçirilən pul toplama kampaniyasında xeyriyyə ianələrinin yekun həcmi 11 milyon 109 min 633 dollar təşkil edib. Bu fond vasitəsilə işğal altında olan Qarabağda qanunsuz fəaliyyətlərin icra edilməsi nəzərdə tutulur. Məlumat üçün deyək ki, 2017-ci ildə "Məhsuldar Qarabağ” şüarı altında toplanan pulun həcmi 12 milyon 505 min dollar, 2016-cı ildə isə 16 milyona yaxın olub.
Göründüyü kimi, illər ötdükcə, düşmən ölkənin xarici dövlətlərdən diləndiyi pulun məbləği xeyli dərəcədə aşağı düşməkdədir. Ermənilərin əsl niyyətini və pul toplamaqdakı məqsədini görən "yardımsevərlər” vəsait verməkdən imtina edirlər. Fondu maddi vəsaitlə təmin edən əsas qüvvələr erməni lobbisinin zənginləri və ermənipərəst dairələrdir.
"Hayastan” ümumerməni fondunu təkcə Qərb ölkələrindəki erməni zənginləri deyil, Ermənistan əhalisi də məyus edirlər. Belə ki, artıq ölkə daxilində də bu Fonda pul köçürmək istəyən "könüllülərin” sayı sürətlə azalmaqdadır.
Əlavə etmək lazımdır ki, erməni ordusunda mənimsəmə halları tez-tez baş verməkdədir. "Aprel döyüşləri” zamanı da hərbi hissələrə göndərilən, ancaq yerinə çatmayan ərzaq və digər yardımlar da uzun zaman mediada müzakirə mövzusu olub. Göründüyü kimi, düşmən ölkənin həm maliyyə, həm də hərbi durumu acınacaqlı vəziyyətə düşməkdə davam edir.
Məsələni "Şərq”ə dəyərləndirən analitik Ehtiram Aşırlı bildirib ki, Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrinin əsgər və zabitlərini "Hayastan” ümumerməni fonduna pul keçirməyə məcbur edirlər:
"Zabitlərdən 5000, gizirlərdən 3000 dram, müqaviləli hərbi qulluqçulardan 1000, müddətli xidmət hərbi qulluqçulardan isə 100 dram həcmində pul toplamaları və fondun hesabına keçirmələri tələb olunur. Məlumata görə, bu təlimata əməl etməyən hərbi qulluqçular bəzi problemlərlə rastlaşır.
Ermənistan Müdafiə Nazirliyi adından hər il müəyyən məbləğ fondun hesabına keçirilsə də, daha sonra həmin pullar hərbi qulluqçulardan toplanılır. Ona görə də hər il bu məsələ ilə bağlı narazılıqlar yaranır. Erməni hərbi qulluqçuları pulun məcburi qaydada, zorla toplanmasına etiraz etdiklərini bildirirlər. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan hər gün cəbhədə duranlardan pul toplanılmasını dəhşət adlandırıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm