Ermənistan ordusuna nəzarət itib
08:09 09.01.2019
Arxiv
492
Gənclər xidmət etməkdən boyun qaçırır, ölkədən birdəfəlik getməyi üstün tuturlar
Ermənistan ordusundakı gərgin vəziyyət hər gün daha da qabarıq formada özünü büruzə verir. Son illərin statistikasına görə, sıravi əsgərlər arasında şübhəli ölüm hallarının və intiharların sayı artmaqdadır. Gənclər nəzarətsiz orduda xidmət etməkdənsə, ölkədən birdəfəlik getməyi üstün tuturlar. Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmətdə olduğunu bəyan etməsi də vəziyyəti düzəltməyib. Əksinə onun rəhbərliyə gəlişindən sonra erməni ordusundakı vəziyyət daha da acınacaqlı duruma düşüb.
Düşmən ordusundakı acınacaqlı məqamları "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, erməni ordusunda vəziyyət çox fəlakətlidir və bunu Ermənistanın baş naziri Nikol Paşinyan özü də etiraf edir:
"Orduda dedovşina, korrupsiya və qanunsuzluq hökm sürür. Ermənistandan gələn zabitlərlə qondarma rejimin "hərbçiləri” arasında ciddi ziddiyyətlər, qarşıdurmalar var. Bir müddət əvvəl Dağlıq Qarabağda həmin qruplaşmalar arasında irimiqyaslı toqquşma baş verdi. Hətta hadisə zamanı ölən və yaralananlar oldu. Bütün bunlar erməni ordusundakı özbaşınalığın dərinləşdiyini göstərir. Zabit-əsgər heyəti arasında ciddi anlaşmazlıq, ərzaq və geyim çatışmazlığı geniş vüsət almaqdadır. Əsgərlər düzgün qidalanmır, zabitlər isə az sayda ayrılan ərzaqları oğurlayır. Erməni ekspertləri bu reallıqları özləri də etiraf edir və narahatlıqlarını gizlətmirlər”.
Q.Hüseynli əlavə edib ki, erməni əsgərlər arasında döyüş əhval-ruhiyyəsi də çox aşağıdır:
"Şübhəsiz, belə bir ordunun güclü Azərbaycan qoşunları qarşısında dayanması mümkün deyil. Erməni ekspertlər etiraf edirlər ki, müharibə başlayacağı təqdirdə onlar sarsıdıcı məğlubiyyətə məruz qalacaqlar. Çünki Ermənistan ordusunda özbaşınalıq pik həddə çatıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm