"Ermənistanı ağır vəziyyətə salan bu ölkənin təcavüzkar siyasətidir" - Politoloq
14:40 09.07.2018
Arxiv
640
"Bu hadisələrdən müşahidə etmək olur ki, erməni xalqı hələ təzə ayılır”
Bu sözləri "Sherg.az”a politoloq Tofiq Abbasov dünən Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi "Ermənistanı ağır vəziyyətə salan bu ölkənin işğalçı siyasətidir" iddiasına münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, işğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyanın cinayətkar olduğunu dəfələrlə vurğulayıb:"
"Onun iş uslubunda sağlam və dürüst fəaliyyəti heç vaxt olmayıb. Ermənistanın keçmiş prezidentinin Azərbaycanlılara qarşı etdiklərinin, silah gücünə hakimiyyətə gəlməsinin sonu bu şəkildə yekunlaşması normal haldır. Köçəryan və onun silahdaşı Serj Sarkisyan silah gücü ilə hakimiyyəti ələ alıb, arzuolunmaz idealarını rahatlıqla həyata keçirdi. Bu adam dünya çapında öz xoşagəlməz siyasətini yeritmək üçün diplomatiyanı daim millətdən, xalqdan oğurladığı vəsaitlər hesabına satın alıb. Sonda da guya Ermənistanın nüfuzunu və imicini gücləndirməklə məşğul olduğunu deyirdi. Bu hadisələrdən görünür ki, erməni xalqı hələ təzə başa düşür ki, onların bu bədbəxtçiliyinin başında Serj Sarkisyan və onun ətrafı durur.
S.Sarkisyanın məqsədi əhalinin pulunu mənimsəməklə özünü və qohumlarını varlandırmaqdır. Sonra da ortaya çıxıb, özünə bəraət qazandırır ki, mənim qara-qura işlərə heç bir aidiyyətim yoxdur. Amma bütün hadisələr ortadadır. Onların törətdikləri cinayətlərin - Azərbaycan xalqına qarşı törətdikləri soyqrımılar, kəndlərimizin, şəhərlərimizin dağıdılması və torpaqlarımızın işğal edilməsinin - arxasında duranların biri də Serj Sarkisyandır. Ermənistanın yeni hökuməti ədalətli bir sistem qurmaq istəyirsə, onda daxildəki bütün cinayətkarları aşkarlayıb, onların qara işlərinin üzərinə işıq salmalıdır. Bununla yanaşı da Qarabağ məsələsində geri çəkilməlidir. Çünki Ermənistanı ağır vəziyyətə salan bu ölkənin təcavüzkar siyasətidir.
Çünki bütün bu cinayətlərin kökündə Ermənistanın Azərbaycana təcavüzü durur. Yəni bir böyk dövlət səviyyəsində edilmiş cinayətkarlıq öz arxasınca başqa bunu kimi nalayiq hadisələrə də yol açır. Gərək Ermənistan xalqı etiraf etsin ki, onun Azərbaycana qarşı etdikləri cinayətdir və onun arxasında duran Serj Sarkisyandır. Yeni hökümət belə cinayətkarları aşkarlayıb, keçmiş prezidenti cəzalandırmalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev müşavirədə Erməniatanın yeni höküməti ilə bağlı da fikir bildirib. Ölkə başçısı bunları deyib: "Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həllində konstruktiv mövqe tutacaq"
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual