Eşqdən yazmağa gedirdi: 189 nəfərlik təyyarədə tək uçdu





Şotlandiyanın Qlazqo şəhərindən Girit adasına getmək üçün 60 dollara aşağı sinifli bilet alan Karon Grieve adlı qadın, 189 nəfərlik təyyarədə tək başına uçub.

"Jet2” adlı İngiltərənin aşağı xərcli hava yolu şirkətinin sərnişini olan 57 yaşlı qadın, uçuşa hazırlaşarkən təyyarəyə yalnız 3 nəfərin rezervasiya olunduğunu öyrənib.

İki sərnişinin də gəlməməsiylə tək başına uçacağını anlayan Karon Grieve, ictimai mediada özündən başqa kimsənin olmadığı təyyarənin salonunun fotosunu paylaşıb.

Tək uçduğu üçün kabin qrupu tərəfindən birinci sinif hissədəki ilk kresloya alınan və ödənişsiz yeməklər təqdim edilən Grieve, qeyri-adi səfərini paylaşıb.

Uçuş zamanı pilotun ona adıyla səsləndiyini və hansı ölkələrin üzərində olduqlarını da söylədiyini ifadə edən Skoç, Giritə endiyi zaman baqaj da gözlədilməyib və çamadanını təyyarədən enərkən özü götürüb.

"A Cosy Crime” adlı bir detektiv eşq romanı yazmaq üçün Giritdə bir aylıq tətil edəcəyini ifadə edən Grieve, keçən il də eyni hava yolu şirkətiylə eyni yerə 8 adamla uçduğunu söyləyib. "Jet2” səlahiyyətliləri vəziyyətin Yunanıstanda turizm mövsümünün bitməsiylə əlaqədar olduğunu ifadə edib. (Habertürk)