ETSN: Azərbaycanda vətəndaşların əksəriyyəti polietilen paketlərin istifadəsinin əleyhinədir
09:16 12.07.2018
Arxiv
588
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər şurasının üzvləri və AMEA-nın Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə əhali arasında, o cümlədən AMEA-nın elmi işçiləri ilə polietilen paketlərin istifadəsinə dair sorğu keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sorğunun nəticələrinə əsasən qadınların cəmi 7,9 %-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır. Yaş qrupu 36-dan yuxarı olan respondentlər arasında çantadan istifadə edənlərin sayı digər yaş qrupları ilə müqayisədə bir qədər çoxdur. Bu da Sovet dönəmində mağazaya gedərkən toxunma çantalardan istifadənin o dövrün insanlarında artıq vərdiş halını almasını göstərir.
Keçirilən sorğuya əsasən demək olar ki, əhali yetərincə plastik qablaşdırmanın və ya polietilen məhsulların ətraf mühitə təsiri barədə məlumatlıdır. Qadınlardan 90,6%, kişilərdən 91,8%-nin bu barədə məlumatı var, respondentlər arasında gənc və yaşlı nəslin nümayəndələri xüsusilə bu barədə geniş informasiyaya sahibdirlər.
Sorğuya əsasən qadınların 88,2%-i, kişilərin isə 90,4%-i eyni məhsulun kağız və ya şüşə qablaşdırmada olmasının tərəfdarıdır.
Dünya iqtisadiyyatında belə bir ifadə var: "mənfəətini güdməyən sahibkar- sahibkar deyildir”. Hər bir market sahibi təbii ki, bu ifadəyə istinadən öz işini qurur və alıcıya "havayı” kimi təqdim olunan sellofan paketlərin dəyəri əslində satışa qoyulan hər bir məhsulun üzərinə hesablanır. Keçirilən sorğuya əsasən qadınların yalnız 29,92%-i, kişilərin isə 43,84%-i bunu bilir: "Keçirilən sorğunun nəticəsindən belə qənaətə gəlmək olur ki, əhali polietilen paketlərin ətraf mühitə mənfi təsirini nəzərə alaraq Nazirliyin bu sahədə apardığı siyasəti dəstəkləyir.
Hər bir vətəndaş eko çantalardan istifadə etməklə, plastik tullantıların idarə olunması məqsədilə plastik butulkaların çeşidləndirmə kampaniyasına qoşulmaqla plastik çirklənmənin qarşısının alınmasına öz töhfəsini vermiş olar.
Unutmayaq, bu gün verdiyimiz hər bir qərar sabah özümüzə qayıdacaq, seçim bizə aiddir. Gəlin təmiz təbiətdə, təmiz gələcəkdə yaşamağı seçək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou