Eynşteynin xoşbəxtlik resepti 1,56 milyon dollara satılıb
20:33 25.10.2017
Arxiv
519
Albert Eynşteynin xoşbəxt həyat reseptinin yazıldığı qeyd Qüdsdə keçirilən hərracda 1,56 milyon dollara satılıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu qeydi Eynşteyn 1922-ci ildə Tokio otelinin kuryerinə bəxşiş qismində verib. Nobel mükafatı ilə təltif olunduğundan yenicə xəbər tutan alim kuryerə deyib ki, ola bilsin, bu qeyd bəxşişdən çox-çox qiymətli olacaq.
Nisbilik nəzəriyyəsinin müəllifi Nobel mükafatına layiq görülən zaman Yaponiyada mühazirələr oxuyurdu. O vaxt kuryer Eynşteynin qaldığı otağın qapısını döyərək bağlama gətirib və alimin bəxşiş verməyə pulu olmayıb. Bunun əvəzində o, kuryerə "Imperial Hotel Tokyo”nun loqotipi olan bloknotun vərəqini verib. Vərəqdə görkəmli fizikin əli ilə alman dilində belə yazılmışdı: "Sakit və qənaətcil həyat uğurlar arxasınca daim narahatlıqla müşayiət olunan qaçışdan daha çox xoşbəxtlik gətirir”.
Eynşteynin həmin vaxt yazdığı ikinci qeyddə deyilir: "Harada iradə varsa, orada vasitə də var”. "Vinners” hərrac evinin məlumatına görə, bu qeyd 240 min dollara satılıb.
İki lotun yekun qiyməti gözlənildiyindən xeyli yüksək olub. Bu qeydlərin birini adının gizli qalmasını istəyən bir avropalı alıb. Qeydləri isə satışa onları Albert Eynşteyndən alan kuryerin qohumu çıxarıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya