Facebook-dan YENİLİK – Nəşriyyatlarla birbaşa əməkdaşlıq...
16:42 03.04.2019
Arxiv
539
Mark Zuckerberg Facebook-da keyfiyyətli və etibarlı mənbələrdən olan xəbər materiallarının yığılacağı xüsusi bölmənin yaradılmasını planlaşdırır.
Lent.az technote-a istinadən xəbər verir ki, bu ideyanı o, Axel Springer adlı nəşriyyatın CEO-su Mathias Döpfner ilə söhbətində səsləndirib.
Zuckerberg-in ideyasına əsasən Facebook-da ola biləcək bu cür bölmə xəbərləri yalnız sosial şəbəkədən əldə edən istifadəçilər üçün çox yaxşı yarayacaq.
Materialların yüksək keyfiyyətini təmin etmək üçün Facebook şirkəti nəşriyyatlar ilə birbaşa əməkdaşlıq müqavilələri bağlaya bilər. Qeyd etmək lazımdır ki, hələ 2017-ci ildə Facebook sosial şəbəkədə bu cür bölməni test edirdi.
Həmin bölməyə sosial şəbəkənin ana səhifəsində olan bütün xəbər materialları daxil olurdu. Lakin sözügedən bölmənin testi 2018-ci ilin yaz fəslində dayandırıldı. Recode saytının fikrincə yeni layihə isə bir qədər fərqli olacaq və daha çox Facebook-u xəbər lenti kimi oxuyan insanlar üçün yararlı olacaq.
Facebook-un xəbər servisi barəsində detallar hələki məlum deyil. Facebook hələ qərar verməyib ki, nəşriyyatlara konkret ödənişlər etsin və ya öz reklam gəlirlərindən minimal ödəniş təyin etsin.
Bundan əlavə olaraq şirkət hələki xəbər bölməsinin necə formalaşacağını da dəqiq bilmir:
İstifadəçilərin seçdikləri mənbələr əsasında və ya redaktorlardan ibarət komandanın çalışması vasitəsilə Facebook-un birbaşa iştirakı əsasında. Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə bu ilin sonunda istifadəyə verilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi