FHN-in qüvvələri Türkiyədə yanğınlarla uğurlu mübarizəni davam etdirirlər
15:53 07.08.2021
Arxiv
622
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.
FHN-dən "Report"a verilən məlumata görə, nazirliyin Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb. Görüşdə məsul vəzifəli şəxslər də iştirak edib.
E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. O, FHN-in qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb.
Görüşdə iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildiriblər.
Görüşdə həmçinin yanğınlarla daha effektli mübarizə məqsədilə atılacaq addımlar geniş müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup yaxın saatlarda yanğınların söndürülməsi əməliyyatlarına qoşulacaq. Dünən axşam saatlarında təyyarə ilə yola salınmış dördüncü qrup isə artıq əməliyyatlara başlayıb.
Xatırladaq ki, FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə