Fransanın Minsk Qrupundakı həmsədri dəyişdi
20:44 21.10.2016
Arxiv
622
“Fransa Qarabağla bağlı danışıqları canlandırmağa çalışır”
Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri dəyişib. Yeni həmsədr Stefan Viskonti təyin olunub. O, bu postda Pyer Andriunu əvəzləyib. Viskontinin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil. Məlumat üçün bildirək ki, Stefan Viskonti 1962-ci ildə Parisdə dünyaya gəlib. 1985-ci ildə İqtisadi elmlər və biznes ali məktəbini bitirib. Üç il sonra isə rus dili üzrə biznes ali diplomu alıb. 1993-cü ildə Şərq üzrə xarici işlər katibi müsabiqəsinin qalibi seçilib.
Karyerasına gəlincə, diplomat 1985-ci ildə Fransanın Kanadada yerləşən baş konsulluğunda işə başlayıb. Xarici İşlər Nazirliyində, BMT və beynəlxalq təşkilatlar üzrə idarəetmədə, Protokol şöbəsində əmək fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə baş nazirin beynəlxalq məsələlər üzrə texniki müşaviri, 2002-ci idə Fransanın Sankt-Peterburqda baş konsulu, 2008-ci ildə isə Fransanın Münhendə baş konsulu vəzifəsində işləyib. Eyni zamanda diplomat BMT-nin Fransa nümayəndə heyətinin baş katibi olub. Minsk Qrupunda həmsədr təyin olunmamışdan qabaq isə Fransanın Latviyada fövqəladə və səlahiyyətli səfiri kimi çalışıb. Stefan Viskonti fransız dili ilə yanaşı, ingilis, rus, alman, isveç, gürcü və türk dillərində sərbəst danışır. Əksər ekspertlərə görə, Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişməsi prosesin gedişatına zərrə qədər təsir göstərməyəcək. Çünki bu məsələdə Fransanı təmsil edən şəxsin deyil, birbaşa Parisin mövqeyi önəmli rol oynayır. Yeni həmsədr barəsində danışan politoloq İlqar Vəlizadə isə deyib ki, Fransa həmsədri dəyişməklə Qarabağla bağlı danışıqları canlandırmağa çalışır: "Yeni həmsədrin təyin edilməsi Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşacağı anlamına gəlir. Ancaq prosesdə hansısa irəliləyişin olması yeni həmsədrdən, onun fəaliyyətindən, eləcə də münaqişənin nizamlanması prosesi ətrafında yaranmış vəziyyətdən asılı olacaq. Rotasiyanın özündən başqa, bu məsələ Fransanın son zamanlar prosesdə fəallıq göstərməsi ilə bağlıdır. Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yayda elan edilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gündəmdədir. Lakin son aylarda baş verən proseslər, xüsusilə də Ermənistandakı siyasi dəyişikliklər bu görüşü qeyri-müəyyən müddətə təxirə saldı. İstənilən halda, görüş plandadır. Məncə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri belə dəyişikliklərlə dalana dirənmiş danışıqlar prosesini nisbətən canlandırmaq və aktivləşdirmək istəyirlər. Eyni zamanda həmsədr dövlətlərin hər biri özlərinin məqsədlərini həyata keçirməyə səy göstərirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət