Fuad Poladov üzgündür
10:26 08.11.2017
Arxiv
1558
“Mədəniyyət Nazirliyi var ki, mənimlə də maraqlansın?”
Xalq artisti, tanınmış aktyor Fuad Poladov xərçəng xəstəliyi ilə mübarizə aparır. Aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur. Xalq artistinin səhhəti ilə maraqlandıq. "Şərq”ə səhhəti barədə danışan xalq artisti son günlər mətbuatda barəsində yazılan məlumatların yalan olduğunu bildirərək narahatlığını dilə gətirdi: "Sağ olsun mətbuat nümayəndələri ki, səhhətimlə bağlı yazırlar, amma bu məlumatların bəzən yalan olduğu məni narahat edir.
Sevmirəm belə şeyləri. Mən gözümdən çoxdan əməliyyat olunmuşam. Onda hələ xərçəngə düçar olmamışdım. Xahiş edirəm, belə xəbərləri yaymayın. İnsanlar mənə görə çox narahat olur. Əslində, özüm haqqımda yayılan xəbərləri izləmirəm. Amma insanlar oxuyur. İstəmirəm sevənlərim belə xəbərləri oxuyub, mənə görə üzülsünlər. Onlar üzüldükcə, mən də çox pis oluram”.
Xalq artisti hazırkı durumu barədə isə bunları söylədi:
"Hələ ki müalicələrim davam edir. İlkin dönəm olduğu üçün nəticə barədə nəsə demək tezdi. Amma müalicə gedir”. "Bir çox tanınmış sənət adamları bu xəstəliyə tutulanda xarici ölkələrə üz tuturlar, Fuad Poladov xaricdə müalicə almaq barədə düşünürmü” sualına xalq artisti "Mən xaricə getmək fikrində hələ ki olmamışam. Öz həkimlərimizə güvənim var. Milli Onkoloji mərkəzdə müalicələrim gedir. Başqa bir ölkədə müalicəyə ehtiyac görmürəm”.
Xalq artisti Mədəniyyət və Turizm Nazirliyindən də gileyini gizlətmədi. "Nazirlikdən sizinlə maraqlanan olubmu” sualını Fuad Poladov sərt şəkildə cavablandırdı:
"Mədəniyyət Nazirliyi var ki? Mədəniyyət Nazirliyi nə zaman olub ki, sənət adamları ilə də maraqlansın. Mən elə bir nazirlik tanımıram və mənim üçün onların varlığı maraqlı deyil. Dediyiniz insanları başqa məqamlar maraqlandırır. Qaldı sənət dostlarım, maraqlanırlar. Ailəcə bu günə qədər heç bir sənətçi ilə dostluğum olmayıb. Şəxsi dostlarım var. Sağ olsunlar, maraqlanırlar. Sənət dostlarım da maraqlanır, zəng edirlər. Rus Dram Teatrından maraqlananlar olur. Onlara təşəkkür edirəm”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət