"Gənclərin təxribatçı quruplara cəlb olunmaması üçün işlər gücləndirilməlidir”
13:58 11.07.2018
Arxiv
648
"Suriyaya döyüş bölgəsinə gedənlər, eyni zamanda Azərbaycanda olan əcnəbi ekstremistlər haqqında rəqəmlər açıqlanırsa, deməli, hüquq-mühafizə və xüsusi xidmət orqanları bu sahədə iş aparır”.
Bu barədə "Sherg.az”a sabiq MTN əməkdaşı, siyasi analitik Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, bu il Suriyaya gedən 1000 nəfərin çoxu həbs olunub, bəziləri orada öldürülüb, əksəriyyəti isə ölkəyə qayıtmayıb:
"12 əcnəbi ekstremistin həbs olunması da təqdirəlayiq haldır. Deməli, hüquq-mühafizə orqanlarında bu şəxslər haqqında məlumatlar var.
Heç bir ölkə terror hadisələrindən sığortalanmayıb. Azərbaycanın belə təxribatlara məruz qalması Ermənistanla, dini radikalizmlə və digər amillərlə də bağlı baş verə bilər. Terrorun qarşısını almaq, təhlükəsizliyimizə yarana biləcək təhdidləri aradan qaldırmaq üçün hüquq-mühafizə orqanları vacib əməliyyat tədbirləri həyata keçirməlidir.
Həmçinin dini radikalizmin qarşısını almaq üçün istər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi səviyyəsində, istərsə də yerli icra və bələdiyyə nümayəndələri səviyyəsində proseslər daim nəzarətdə saxlanmalı, təbliğat, təşviqat işləri aparılmalıdır. Hər bir Azərbaycan vətəndaşı isə proseslərə adekvat şəkildə reaksiya verməlidir.
Hər bir valideyn övladı ilə bağlı bütün məsələlərdə diqqətli olmalı, sosial şəbəkələrdə, ictimai məkanlarda və s. gənclərin təxribatçı quruplara cəlb olunmaması üçün işlər gücləndirilməlidir”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudovun sözlərinə görə, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub. O həmçinin söyləyib ki, son bir ildə Azərbaycanda xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb. On iki əcnəbi ekstremist şəxs Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkədən çıxarılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm