"Düşmən ordusunun işğal olunmuş ərazilərdə həyata keçirdiyi istənilən tədbir bizim üçün real təhlükədir” "Digər bir təhdid isə dini radikallardır. Azərbaycanı bir növ dini təriqətlərin eksperiment oylağı statusunda görmək istəyən qüvvələr var”
General üstüörtülü mesajlar verdi
20:12 13.12.2016
Arxiv
1138
Azərbaycana iki istiqamətdən təhdidlər var
"Düşmən ordusunun işğal olunmuş ərazilərdə həyata keçirdiyi istənilən tədbir bizim üçün real təhlükədir” "Digər bir təhdid isə dini radikallardır. Azərbaycanı bir növ dini təriqətlərin eksperiment oylağı statusunda görmək istəyən qüvvələr var”
"Düşmən ordusunun işğal olunmuş ərazilərdə həyata keçirdiyi istənilən tədbir bizim üçün real təhlükədir” "Digər bir təhdid isə dini radikallardır. Azərbaycanı bir növ dini təriqətlərin eksperiment oylağı statusunda görmək istəyən qüvvələr var”
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev jurnalistlərə açıqlamasında ölkəmizə müxtəlif təhlükə və təhdidlər olduğunu bəyan edib. Ölkə Prezidentinin dəstəyi sayəsində milli təhlükəsizlik orqanları tərəfindən bütün bunların qarşısının lazımi səviyyədə alındığını vurğulayan Xidmət rəisi bölgələrdə qısa zamanda müxtəlif təhlükəsizlik əməliyyatları həyata keçirildiyini, həmçinin də cinayətkarların, casusların məhv edilməsi istiqamətində tədbirlər görüldüyünü qeyd edib. DTX rəisinin sözlərinə görə, bu istiqamətdə Azərbaycanın xüsusi dövlət mühafizə orqanları digər ölkələrin müvafiq qurumları ilə birgə çalışır.
Azərbaycan üçün başlıca təhdid və təhlükə mənbəyinin Ermənistan olduğunu vurğulayan siyasi elmlər doktoru Cümşüd Nuriyevin sözlərinə görə, düşmən ordusunun işğal olunmuş ərazilərdə həyata keçirdiyi istənilən tədbir bizim üçün real təhlükədir. Eyni zamanda ermənilərin müxtəlif vasitələrdən istifadə edərək Azərbaycanda terror etmələri də istisna deyil:
"Yəni Qarabağ münaqişəsi həll olunmayana qədər tam sabitliyin yarandığını söyləmək mümkün deyil. Digər bir təhdid isə dini radikallardır. Azərbaycanı bir növ dini təriqətlərin eksperiment oylağı statusunda görmək istəyən qüvvələr var. Həm xristian, həm də islam dininin radikal qolları fürsət axtarır ki, Azərbaycanda hansısa bir qarışıqlıq olsun və onlar da bu vəziyyətdən istifadə eləsinlər. Hesab edirəm ki, cənab generalın nəzərdə tutduğu təhdid və təhlükələr də bundan ibarətdir. Sadəcə, o, dövlət məmuru olduğu üçün üstüörtülü şəkildə mesaj verib. Həmin təhdid və təhlükələr barədə ətraflı izah vermək isə politoloqların, jurnalistlərin işidir”. Dini qruplaşmalara qarşı Azərbaycan mediasının apardığı mübarizənin təqdirəlayiq olduğunuvurğulayan C.Nuriyev deyib ki, hakimiyyət iddiasında olan dini qruplaşmaların son zamanlar aktivləşməsi də təsadüfi deyil. Mətbuat çox haqlı olaraq bu məsələ ilə bağlı hay-küy salıb, mövcud durumla bağlı vaxtaşırı informasiyalar yayır: "Düzdür, Azərbaycanda terror aksiyaları törədilmir, bu mənada güclü nəzarət var, bu da yaxşı haldır. Ancaq Azərbaycan heç vaxt ehtiyatı əldən verməməlidir. Azərbaycanın şimalında növbəti separatizmin baş qaldırması an məsələsidir. Hətta "Yeni Ləzgistan”ın yaradılması iddiasını sayıqlayanlar var. Amma bütün bunlar hələlik "söz oyunları” çərçivəsində qalsa da, biz tədbirimizi almalıyıq. Bu səbəbdən tam təhlükəsizlik baxımından da düşünməliyik və təhlükəsizliyimizin artırılması ilə bağlı tədbirlər görməliyik”. Azərbaycanın çox həssas bir bölgədə yerləşdiyini vurğulayan politoloqun fikrincə, bizə yaxın ölkələrdə baş verənlərin də Azərbaycana təsiri ola bilər.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə