Goranboyda ana və qızı dəm qazından zəhərlənib

Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Səfikürd  kəndində baş verib. 
Hər iki zərərçəkən şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlar reanimasiya şöbələrinə yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır.