“İYİ” partiya olaraq bunu bacaracağımıza inanırıq. Bunlar boş vəd deyil, iqtidar olacağımız təqdirdə yerinə yetirəcəyimiz namus sözüdür”
“Gözəl Türkiyə” gəlir
Meral Akşener bütün siyasi qütblərdən olan siyasətçilərin qatıldığı yeni partiya yaradıb
“İYİ” partiya olaraq bunu bacaracağımıza inanırıq. Bunlar boş vəd deyil, iqtidar olacağımız təqdirdə yerinə yetirəcəyimiz namus sözüdür”
“İYİ” partiya olaraq bunu bacaracağımıza inanırıq. Bunlar boş vəd deyil, iqtidar olacağımız təqdirdə yerinə yetirəcəyimiz namus sözüdür”
Keçmiş daxili işlər naziri və vitse-spiker Meral Akşener bütün siyasi qütblərdən olan siyasətçilərin qatıldığı yeni partiya yaradıb. Vaxtilə MHP rəhbərliyində təmsil olunan Akşener daha öncə partiya sədrliyinə iddia etsə də, hazırkı rəhbərliklə aralarında olan kəskin fikir ayrılığı səbəbindən yeni partiya qurmaq iddiasını ortaya qoymuşdu. 4 aydır davam edən fəaliyyətin nəticəsi olaraq dünən yeni partiya elan edilib. Yeni partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərmək, eləcə də iki il sonra keçiriləcək prezident seçkilərində Akşeneri ikinci tura çıxarmaqdır. Türkiyədə siyasi analitiklər Meral Akşenerin şanslarını yüksək qiymətləndirirlər.
Partiyaya tanınmış simaların daxil olacağı gözlənilir...
Meral Akşenerin partiyasına dəstək verəcək və orada yer alacaq nüfuzlu isimlərdən bir neçəsinin adı məlum olub. Artıq 5 deputatı olan keçmiş nazirə daha 10 deputatın qoşulacağı da gözlənilir. Bunlar "Ülkü Ocaq”larının sabiq başqanı Müsavat Dərvişoğlu, Akşenerin vəkili, sabiq hakim Feridun Bahşi, Mərkəz Bankasının rəhbəri Durmuş Yılmaz və keçmiş Ankara millət vəkili, professor Mustafa Ərdəmdir. Eyni zamanda keçmiş AKP-çi Abdüllatif Şenerin, general Engin Alanın və İstanbul bələdiyyəsinə sabiq namizəd Mansur Yavaşın da yeni partiyada təmsil olunacağı iddia edilir. Hazırkı MHP-li millət vəkilləri Ümit Özdağın, Yusuf Halaçoğlunun, İsmail Okun və Nuru Okutanın da yeni təşkilatda yer alacağı deyilir. Əgər iddia edilən şəxslər Akşenerin partiyasında rəsmən təmsil olunarlarsa, bu, TBMM-də yer alacaq 5-ci partiya olacaq.
Yeni partiyaya "İYİ” ismi verildi...
"İYİ” adlı siyasi təşkilat 200 nəfərlik "Qurucular Divan”ından ibarətdir. Artıq yeni partiyanın proqramı da bəlli olub. "Gözəl Türkiyə”, "Demokratiya və Hüquq”, "Toplum”, "Xalq idarəsi”, "Daxili və xarici təhlükəsizlik”, "Qurumlar”, "Xarici siyasət” və "Hədəflər” başlıqlı 8 ana maddədən ibarət partiya proqramında əsas sloqan-şüar "Türkiyə yaxşı olacaq”dır. Partiyanın "Qurucular Divan”ının üzvü sabiq komandan Ali Türkşen sosial hesabından bunları paylaşıb: "Yeni partiyamızı qurduq. Fitnə-fəsad çıxarmayacaq hər kəsin dəstəyini gözləyirik”.
"Akşener yeni siyasət vəd etdi...”
Yeni partiyanın rəhbəri Meral Akşener deyib ki, siyasi liderlərin əsas vəzifəsi zamanın ruhuna uyğun inkişafın önünü açmaqdır: "Türkiyə dünyanın inkişaf tempini yaxşı tuta bilmir. Gənclərimizin beyinlərini məhdudlaşdırmalı deyilik. Onları sərbəst buraxaq. Partiya olaraq çox qərarlıyıq. Təhsildə, elmdə, texnologiyada yeni hədəflərimiz var. 7 illik təhsili 11 ilə çıxaracağıq. "İYİ” partiya olaraq bunu bacaracağımıza inanırıq. Bunlar boş vəd deyil, iqtidar olacağımız təqdirdə yerinə yetirəcəyimiz namus sözüdür”.
"İYİ” partiyanın loqosunun oğurluq olduğu iddia edilir
Meral Akşenerin "İYİ” partiyasının loqosunun və istifadə etdiyi sloqanın Antalyanın AKP-li bələdiyyə sədri Menderes Türelin seçki sloqanı və loqosu ilə eyni olduğu üzə çıxıb. Menderes Türel 2014 bələdiyyə seçkisində təbliğat zamanı
"Antalyaya iyi gələcək”, "İyi gələcək” sloqanlarından və günəş loqosundan istifadə edib.
Hazırkı Türkiyə siyasətində ən ciddi hadisə...
Türkiyədəki sorğulara görə, parlament seçkilərinə qatılacağı təqdirdə Akşenerin partiyasının seçki baryerini keçəcəyi qeyd olunur. Ekspertlərin fikrincə, Akşenerin yeni partiyası quruluş formatında müəyyən qədər AKP-yə bənzəyir. Çünki rəhbər kadr, yəni Akşener MHP-dən gəlsə də, göründüyü kimi, hətta CHP-dən də transferlər edə bilib. Siyasi analitiklərə görə, milliyyətçi cameədən çıxan Akşenerin AKP elektoratından da xeyli səs "qoparacağı” gözlənilir. Çünki Akşener mühafizəkar kəsimə yaxın hesab olunur. Bu baxımdan onun yeni partiyası hazırkı Türkiyə siyasətində ən ciddi hadisələrdən hesab olunur.
"İYİ” partiyanın aqibəti yaxın zamanda bəlli olacaq
Politoloq Şahin Cəfərli yeni siyasi təşkilatın adının "İYİ” olmasını qeyri-standart və pozitiv seçim adlandırıb. Onun sözlərinə görə, son on il ərzində Türkiyədə iddialı bir siyasi partiya qurulur: "Bu, ideoloji partiya olmayacaq. Qurucular sırasında bütün ideoloji görüşləri təmsil edən şəxslər var. Turqut Özalın məşhur "4 eyilim”, yəni milliyyətçi sağ, islami sağ, liberal sağ və demokratik sol modelindən faydalanmaq niyyəti açıq görünür. "İYİ” partiyanın aqibətinin "iyi” olub-olmayacağı yaxın 2 ildə görünəcək. Qarşıda 3 böyük seçki var: - bələdiyyə, prezident və parlament”.
İsmayıl