Gürcüstanın yeni Prezidenti kimdir?
11:58 29.11.2018
Arxiv
602
Salome Zurabişvili Gürcüstanın yeni Prezidenti seçilib.
Trend-in məlumatına görə, xanım S.Zurabişvili seçicilərin 59,52 faizinin (1,1 milyon seçici) səsini toplayıb. Digər namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs yığıb.
S.Zurabişvili 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində (1921-ci ildə Gürcüstanı tərk edib) anadan olub. O, Fransa Siyasi Elmlər İnstitutunu bitirdikdən sonra ABŞ-ın Kolumbiya Universitetində təhsil alıb, Rusiyanın tədqiq edilməsi üzrə ixtisaslaşıb.
1974-cü ildən Fransa Xarici İşlər Nazirliyində çalışıb. 2003-cü ilin sonunda Fransanın Gürcüstanda səfiri təyin edilib.
2004-cü ilin martında Mixeil Saakaşvili S.Zurabişvilini Gürcüstanın xarici işlər naziri təyin edib, lakin 2005-ci ilin oktyabrında M.Saakaşvilinin ünvanına tənqidlər səsləndirdikdən sonra vəzifəsindən azad edilib. Bundan sonra S.Zurabişvili müxalifətə keçərək M.Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.
2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib.
Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə "Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm