Hacıqabulda tükürpədən olay: burdan necə sağ çıxdılar... - YENİLƏNİB




Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.