Hamısı pul şirəsinə yığışıb
09:16 30.11.2018
Arxiv
393
Antiazərbaycançı qüvvələrin aqibəti belə də olmalıydı
Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edərək xaricə sığınan, ölkəmizə qarşı qara piar kampaniyası aparan qaraguruh dəstənin əslində siyasi sifariş yerinə yetirdikləri dəfələrlə ifşa edilib. Hər zaman vurğulanıb ki, müəyyən pul müqabilində Vətəninə, xalqına və dövlətinə yönəlik addımlar atan şəbəkə üzvləri özbaşına hərəkət etmirlər. Onlar Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrin, xüsusən də erməni diaspor təşkilatlarının, həmçinin ölkəmizə siyasi təzyiq göstərmək istəyən dövlətlərin əlində maşa rolunu oynayırlar. Küçə səviyyəsində, təhqirlərlə dolu statuslar yazmaqla sosial şəbəkədə özlərini "mübariz” hesab edirlər.
Ancaq cəmiyyətimizə "qəhrəman”, "müxalifətçi” kimi sırınmaq istəyən həmin şəxslərin əqidəsinin, prinsipinin və marağının yalnız maddiyyat olması artıq heç kimə sirr deyil. Zaman keçdikcə, belələrinin əsl mahiyyəti tam çılpaqlığı ilə üzə çıxmaqdadır. Necə ki, iki mühacir gənc bu günlərdə biri-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndirməklə özlərini ifşa etdilər. Xatırlayırsızsa, Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər və seçkilər ərəfəsində Tural Sadıqlı və Məhəmməd Mirzəli adlı iki şəxs sosial şəbəkə üzərindən canlı yayımlar edir, dövlət rəsmilərini hədəfə alaraq təhqirlərlə müşayiət olunan statuslar yazırdılar. Lakin indi hər iki şəxs statusları ilə biri-birinə müharibə elan ediblər. Gənclərin pul üstündə davası xaricdəki qruplaşmanın iç üzünü açmağa, onların əslində nə üçün "mübarizə” apardığını ifşa etməyə kifayət edir.
Məlum şəxslərin çirkin kampaniyası ilə bağlı "Şərq”ə danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, Vətəninə, xalqına qarşı "mübarizə” aparan, çirkab yaxmağa çalışan insanların məqsədi olur. İndi özləri etiraf edirlər ki, bunun kökündə pul məsələsi durur:
"Söhbət kifayət qədər böyük məbləğdən gedir: "Maliyyə uğrunda hər zaman pərdəarxası mübarizə gedir. Əlbəttə, bu işlə məşğul olanlar təkcə bir qrup şəxs deyil. Xaricdə Azərbaycana qarşı mübarizə aparan "həmyerlilərimizin” hamısı müəyyən mənbədən maliyyələşirlər. Onlar sərbəst şəkildə konfranslara gedir, telekanallara çıxırlar, sosial şəbəkələrdə qərəzli proyektləri həyata keçirirlər. Bunların hamısının arxasında pul dayanır.
Görünür, Azərbaycanın inkişafı xaricdəki bəzi dairələri razı salmır. Ona görə də ölkəmizin inkişafını, imicini gözdən salmağa, sarsıtmağa, cəmiyyətdə inamsızlıq sindromu yaratmağa çalışırlar. Lakin onların çirkin fəaliyyəti heç zaman nəticə verməyib və verə də bilməz. Deməli, ayrılan pullar faktiki olaraq göyə sovrulur”.
Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan vətəndaşı kiminsə şirin sözünə deyil, yalnız reallığa inanır:
"Ölkə vətəndaşları təhlükəsiz həyat sürürlər, manatın stabil olduğunu görürlər, məktəblərin, xəstəxanaların təmir edildiyini, cənab Prezidentin əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq üçün atdığı addımları bilirlər, regionda yeni-yeni iş yerlərinin yaradıldığının şahidi olurlar. Hamı Azərbaycanın beynəlxalq aləmdə nüfuz sahibi olduğunu yaxşı bilir.
Belə olan təqdirdə xaricdə kimlərinsə boş vədlərlə ictimaiyyəti aldatmaq cəhdləri uğursuz olacaq. Heç kim onlara inanmayacaq. Şübhəsiz, bundan sonra da Azərbaycana qarşı təhdidlər və təzyiqlər ediləcək. Amma bunların hamısı əbəsdir. Çünki onların Azərbaycanda sosial bazası, ictimai dəstəyi yoxdur. Azərbaycan vətəndaşı öz dövlətini, milliliyini və hakimiyyətini sevir və müdafiə edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm