"Həmsədrlərin mövqeyi belədir ki, konkret ərazilər qaytarılmalıdır..." - Köçəryan
20:35 24.10.2018
Arxiv
713
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində işğal edilmiş konkret rayonların Azərbaycana qaytarılması məsələsi həmişə danışıqların predmeti olub. ATƏT-in Minsk qrupunun bütün həmsədr ölkələri də həmin ərazilərin qaytarılmasının zəruri olduğu düşüncəsindədirlər.
Ermənistanın ikinci prezidenti Robert Köçaryan ABŞ-ın Yerevandakı səfiri Riçard Millsin öz vəzifə səlahiyyətlərini başa vurmazdan əvvəl Qarabağ münaqişəsilə bağlı verdiyi bəyanatı şərh edərkən belə deyib.
Xəbər verildiyi kimi amerikalı səfir bildirib ki, "işğal edilmiş ərazilərin konkret hissələri Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsi həll oluna bilməz. Məni təəccübləndirən odur ki, rastlaşdığım ermənilərin əksəriyyəti danışıqların predmeti kimi işğal olunmuş torpaqların geri qaytarılmasına qarşı çıxırlar. Ermənistanda münaqişənin nizamlanmasına aparacaq mümkün güzəştlər barədə ümumiyyətlə heç bir müzakirə getmir. ABŞ hökuməti artıq uzun illərdir əmindir ki, həmin ərazilər gələcəkdə "sülh əvəzinə ərazilər” formulunun istifadəsi üçün işğal olunub”.
Köçaryanın fikrincə, ABŞ səfirinin bu bəyanatı onun şəxsi fikri və mövqeyi deyil. Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı növbəti səfiri də belə bəyanat verəcək.
"Bu həm də ABŞ Dövlət Departamentinin mövqeyidir. Və daha dəqiq desək, Minsk qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır. Ən azından, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ərazilərlə bağlı fikri həmişə bu kontekstdə olub. Ümumi danışıqlar prosesinin məntiqi də bununla bağlıdır. Və hesab edirəm ki, bu cür yanaşma Ermənistan hakimiyyətinə bir çağırışdır. Yerevan öz mövqeyini dəqiqləşdirməlidir.”-Köçəryan erməni KİV-lərinə açıqlamasında deyib.
Köçaryana görə, erməni cəmiyyətində həqiqətən belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. "Bu o deməkdir ki, Ermənistan hakimiyyəti ya danışıqlar prosesinə tamamilə yenidən baxmalı, ya da elə bir həll formulu tapmalıdır ki, cəmiyyət tərəfindən də qəbuledici olsun. Lakin istənilən halda, şübhəsiz ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq.”
Sabiq prezident onu da vurğulayıb ki, hakimiyyətin "Qarabağın razılaşdığı istənilən həll variantına hazırıq” tezisinə qayıtması olduqca təhlükəlidir. Çünki bu cür yanaşma ATƏT-in 1996-cı il Lissabon sammitinin qətnaməsi ilə nəticələndi ki, bu da Ermənistan üçün son dərəcə əlverişsiz oldu.
virtualaz.org
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə