Hikmət Hacıyev: "Boltonun səfəri Azərbaycan-ABŞ əlaqələrinin inkişafı üçün.."
15:17 24.10.2018
Arxiv
523
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Trend-in suallarını cavablandırıb
- ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini necə şərh edərdiniz?
- Dövlətimizin başçısı ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Bu səfər Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı və daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır. Görüş əsnasında enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasına verdiyi dəstəyi və töhfəsi təqdir olundu. Həmçinin ölkəmizdə xarici investorlar üçün yaradılmış münbit şərait qeyd olunaraq, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və ABŞ şirkətlərinin və sərmayələrinin daha yaxından Azərbaycan bazarına cəlb edilməsi məsələləri müzakirə olundu.
Dövlətimizin başçısı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi xüsusilə vurğulandı. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alaraq, münaqişənin tezliklə həlli və regionda dayanıqlı sülhün təmin olunması üçün bütün həmsədrlər tərəfindən səylərin artırılmasının vacibliyi qeyd olundu.
- Görüş çərçivəsində regional məsələlərə dair nə kimi müzakirələr aparıldı?
- Görüşdə eləcə də regional və beynəlxalq gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıldı. Regional məsələlərə gəlincə, dövlətimizin başçısı tərəfindən bir daha qeyd olundu ki, Azərbaycanın qonşu dövlətlərlə işgüzar və dostluq münasibətləri var.
Bildiyiniz kimi, məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn ali prinsipləri rəhbər tutaraq, qonşu dövlətlərlə əlaqələri davamlı surətdə inkişaf etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə