İcaze.e-gov.az vasitəsilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI
11:57 08.12.2020
Arxiv
416
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineri yanında operativ qərargah 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilir.
Sənədə görə, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
- Bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;
- “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə);
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;
- dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları.
- Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.
- “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
- Bu Qərarın 2.2-ci və 2.4-cü bəndlərində göstərilən şəxslər bu Qərarın 1-ci hissəsində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edirlər.
- Digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
- təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
- ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
- yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə