
İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susur ?
09:54 02.11.2017
Arxiv
793
Məlahət Mürşüdlü: " Məktəb direktorunun təyinatı yalnız Təhsil Nazirliyinin ixtiyarında olan məsələ deyil. Yerli icra hakimiyyətləri mütləq bu prosesə əl qoyur""Nazirliyin müsabiqələrindən yüksək nəticə əldə etmiş 2-3 nəfər rayon icra hakimiyyətinin razılığı olmadan direktor təyin edilir. Bir neçə aydan sonra direktoru elə hala salırlar ki, həmin şəxslər işdən ayrılmağa məcbur
"Orta məktəblərdə baş verən xoşagəlməz hallar bunların gələcəkdə təkrarlanmasına zəmin yaradır”.
Bunu "Sherg.az”a Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanan xoşagəlməz hadisə ilə bağlı danışarkən Azad Müəllimlər Birliyin sədri, təhsil ekjsperti Məlahət Mürşüdlü deyib.
O bildirib ki, mənəviyyatı kasad, əxlaqi keyfiyyəti aşağı olan insanların məktəblərə rəhbərlik etməsinə şərait yaradılmamalıdır:

"Fakt özünü doğruldursa, elə direktorlar məktəbdən uzaqlaşdırılmalıdır. Onların tək rəhbər vəzifəsi deyil, müəllimlik hüququ da əlindən alınmalıdır. Xüsusilə, kənd məktəbində, hər kəsin bir-birini tanıdığı mühitdə belə hadisənin baş verməsi direktorun əxlaqi-mənəvi cəhətdən sağlam olmamasından, daşıdığı vəzifənin məsuliyyətini bilməməsindən xəbər verir”.
Son günlər məktəb direktorları ilə bağlı xoşagəlməz halların, şikayətlərin artdığını vurğulayan M.Mürşüdlü diqqətə çatdırıb ki, məktəb direktorlarını təyin edərkən xüsusi tələblər qoyulmalıdır:
"Son 3 ildir ki, müəllimlərin işə qəbulu elektron qaydada həyata keçirilir. Məktəb direktorları üçün də təlimlər təşkil edilib. Bununla məktəb rəhbəri olmaq istəyənlər təlimlərdən, elmi nəzəri biliklərin qiymətləndirilməsi və müsahibədən keçdikdən sonra direktor ola bilərlər.
Məktəb direktorunun təyinatı yalnız Təhsil Nazirliyinin ixtiyarında olan məsələ deyil. Yerli icra hakimiyyətləri mütləq bu prosesə əl qoyur. Azad Müəllimlər Birliyində məlumat daxil olub ki, nazirliyin müsabiqələrindən yüksək nəticə əldə etmiş 2-3 nəfər rayon icra hakimiyyətinin razılığı olmadan direktor təyin edilir. Nəticədə bir neçə aydan sonra direktoru elə hala salırlar ki, təyinat alan o şəxs işdən ayrılmağa məcbur olur. Təəssüf ki, "Təhsil haqqında qanun”da bu məsələ ayırd edilməyib. Buna görə, yerli icra hakimiyyətləri işə müdaxilə edir. Əslində isə icralar sadəcə məktəblərin kommunal təsərrüfatlarına yardım etməlidir. Kadr təyinatları isə Təhsil Nazirliyinin tabeliyində olmalıdır”.
Qeyd edək ki, iddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinləri bildirib ki, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.
Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual