İlahiyyatçıdan SOS: "Bölgələrdə qeyri-ənənəvi dinlər formalaşıb" - Təhlükə
15:54 24.10.2017
Arxiv
701
"Uşaqların dini mərasimlərə aparılmasının qadağan edilməsi ölkədə dini qrupların qarşısını almaq üçün atılan addımdır”.
Bunu "Sherg.az”a uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı qadağalara münasibət bildirərkən ilahiyyatçı Hacı Atif İsmayılov deyib.
O bildirib ki, maariflənmək üçün hər hansı məhdudiyyət yoxdur:
"Əslində hər bir insan azaddır və bu məsələləri azad şəkildə icra edə bilər. Sadəcə bu qadağalar qurumların, rəsmi orqanların atdığı addımlar insanların kor-koranə, təbii şəkildə bu proseslərə meyl etməsinin qarşısını almaq üçündür. Hazırda bölgələrdə bəzi qeyri-ənənəvi dinlər formalaşıb. Bu isə insanların həqiqi maariflənməsinə mane olur. Onların dindən uzaqlaşdırılması istiqamətində yeni metodlar tətbiq edilir. Bunlardan biri də azyaşlıların bağçalardan, orta məktəblərdən başlayaraq müxtəlif tədbirlərə cəlb edilməsidir.
Bundan əlavə hər hansı dini ayinləri yerinə yetirmək adı altında insanlar bəzi yerlərdə toplanır. Azərbaycanda ənənəvi dinlərin təbliği sahəsində yaşa məhdudiyyətinin tətbiq edilməsinin məqsədə uyğun olduğunu demək çətindir. Amma bu qadağalar qeyri-ənənəvi dinlərin formalaşmasının qarşısını almaq üçün nəzərdə tutla bilər”.
Qeyd edək ki, uşaqlara qorxu gətirən materialların, qan görmək, onları stress, qorxu içinə salan məlumatların və görüntülərin təqdim olunması qadağan edilir. Bu, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Həmçinin, qanun layihəsində uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı qadağalar öz əksini tapıb. Qanun layihəsi Aərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya