İndoneziyada zəlzələ: 555 ölü, 1500 yaralı - Video



 

İndoneziyada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 555 nəfərə çatıb. Təqribən 1500 nəfər isə yüngül və ağır xəsarətlər alıb.

"Sherg.az" "Lefigaro.fr"ə İndoneziyanın cənubundakı Bali adasında 3 dəfə -29 iyul, 5 və 19 avqust tarixlərində güclü zəlzələ baş verib. Bu barədə İndoneziyanın aidiyyəti dövlət agentliyi xəbər yayıb.

Məlumata görə, çoxsaylı məscid, məktəb, və minlərlə yaşayış binaları yerlə yeksan olub. 390 min sakin təxliyyə olunaraq müvəqqəti sığınacaqlara yerləşdirilib.

Ümumilikdə məhv olan bütün tikililərin yenidən qurulması üçün 700 milyard rupi (416 milyon avro) xərclənməlidir.


Tərcümə etdi: Ayyət Əhməd