İranın Gömrük İdarəsi: "Azərbaycanla vahid gömrük sistemi yaratdıq"
12:29 21.10.2016
Arxiv
533
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilə İranın Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi" üzrə texniki təminat sənədi imzalanması iki ölkənin gömrük orqanlarını vahid bir sistemə çevirəcək. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasiyan deyib.
"Bu sənədin imzalanması ilə iki ölkə arasında ticarət mübadiləsi asanlaşacaq, gömrük sistemində işlər sürətlənəcək", - deyə M. Kərbasiyan bildirib.
İki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsinə toxunan qurum rəhbəri qeyd edib ki, bu, İrana Azərbaycan vasitəsilə Avropaya çıxış imkanı verir. "İki ölkə arasında daşımaların, o cümlədən tranzit daşımalarının həcmi artacaq. Bu baxımdan dəmir yolu xətlərinin birləşdirilməsi olduqca vacibdir", - deyə o bildirib.
O əlavə edib ki, iki ölkə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır: "İki ölkənin prezidenti əlaqələrin inkişafında israrlıdır. Hazırda iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Biz qonşu Azərbaycanla əlaqələri əməldə inkişaf etdirməkdə maraqlıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət