"İraq və Suriyada savaş aparan Türkiyənin hərbi gücü, nüfuzu artır"
12:37 09.07.2018
Arxiv
809
"Türkiyədə keçirilən prezident və parlament seçkiləri bu dövlət üçün əhəmiyyətli dəyişikliklərdir”.
Bunu "Sherg.az”a Türkiyədə seçkilərdən sonrakı durumu şərh edərkən "Atlas"Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib.
O vurğulayıb ki, artıq qardaş ölkədə prezidentin səlahiyyətləri parlamentin səlahiyyətlərindən daha çoxdur:
"Bu uzun onilliklərdən sonra ilk dəfə həyata keçirilən dəyişiklikdir. Türkiyədə baş nazir olmayacaqsa, əvvəlki baş nazir Türkiyə Böyük Millət Məclisinə rəhbərliyə namizəddir. Millət vəkillərinin də sayı artırılırdı. Hazırkı hakimiyyətin həmin dəyişikliklərə getməkdə məqsədi idarəetmənin daha da yüksəldilməsi, qərarların operativ qəbul edilməsi, həyata keçirilməsini reallaşdırmaqdır. Nəticənin necə olacağını gələcək göstərəcək.
Digər yenilik isə odur ki, artıq nazirlərin millət vəkillərindən təşkil edilməsi vacib deyil. Kənardan da bacarıqlı, professional insanların nazir təyin olunması mümkündür. Bu mexanizmin necə işləyəcəyi ilin sonuna qədər məlum olacaq”.
E.Şahinoğlunun fikrincə, Türkiyənin siyasi istiqamətində elə ciddi problem yoxdur:
"Əksinə, qardaş ölkənin bölgədəki rolu gündən günə artır. İraq və Suriyada terrorçulara qarşı savaş aparan Türkiyənin hərbi gücü və nüfuzu artır. Əsas məqsəd iqtisadi problemləri aradan qaldırmaq, inflyasiyanı minimuma endirmək, işsizliyi həll etməkdir. Bütün bu problemlərin öz həllini tapıb, tapmayacağı yaxın müddətdə bəlli olacaq”.
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədini müəyyənləşdirib. AKP parlament sədri vəzifəsinə ölkənin sabiq və sonuncu baş naziri Binəli Yıldırımın namizədliyini irəli sürüb. Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçki iyulun 12-də keçiriləcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual