"İsa Qəmbərin dəstəyə ehtiyacı qalmır" - Gülağa Aslanlı

"Sabiq başqanın ciddi müalicəyə ehtiyacı yoxdur. Onun xaricə getməsi, haradasa müalicə alması ehtimalı sıfıra bərabərdir"





"İsa Qəmbər tibbi müdaxilədən sonra özünü yaxşı hiss edir”.

Bunu "Sherg.az”a xəstəxanaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin durumu haqqında danışarkən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. 

O bildirib ki, müayinələr bitdikdə, bir neçə gün sonra İ.Qəmbər evə buraxılacaq.
 "Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dəstək veriləcəyi ilə bağlı bildirib. Amma sabiq başqanın ciddi müalicəyə ehtiyacı yoxdur. Onun xaricə getməsi, haradasa müalicə alması ehtimalı sıfıra bərabərdir. Ona görə, isa bəyin dəstəyə ehtiyacı qalmır”.

Qeyd edək ki, İsa Qəmbərin hazırda Mərkəzi Klinikada müalicə olunduğu bildirilib. Məlumata görə, o iki gün xəstəxanada qalmalı olacaq.

Aysel Aslan