Kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələrinin tamamilə dövriyyədən çıxarılmasının nəticələrinə diqqət çəkən ekspert vurğulayıb ki, vətəndaşlar bundan sonra kartlarla, evdə belə sığorta ödənişlərini həyata keçirə bilər:
Kağız erası bitdi - "Avtomobil sığortasının elektronlaşması başa çatıb"
10:51 02.11.2017
Arxiv
649
"Hər il ildə bir dəfə avtomobil vasitələri icbari sığorta olunmalıdır. Bu qanunla tənzimlənir”.
Bu barədə "Sherg.az”a avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddətinin başa çamasını izah edərkən nəqliyyat sahəsi üzrə mütəxəssis İlqar Hüseynli danışıb.
Ekspert icbari tibbi sığortanın mahiyyətini belə izah edib:
"Avtomobil nəqliyyat vasitəsi tərəfindən qəza törədilərsə, bunun nəticəsində dəymiş ziyanın sığortalanması baş verən sığortanın qəzanı törədən nəqliyyat vasitəsinə deyil, ikinci avtomobilə ödənməsini nəzərdə tutur. Yəni, mən qəza törədib, hansısa maşına toxunsam, sığortalanma mənə dəymiş ziyanı ödəmir. Əvəzində isə ikinci zərər dəymiş nəqliyyat vasitəsinə ödəniş edir.
Ümumiyyətlə, qanun tələb edir ki, bütün nəqliyyat vasitələri ildə bir dəfə icbari sığortadan keçsin. Kağızla proseduraların həyata keçirilməsi əslində formaldır. Yəni məlumatlar elektron sistemə oturur. Qurum sığortalanma prosesini elektron formada həyata keçirir. İnformasiya sığorta orqanları ilə yanaşı, yol polisinin sistemində də oturur. Sığorta müddəti bitdiyi gündən Dövlət Yol Polis orqanlarının Nəqliyyatın İntellektual İdarəetmə sistemində bununla bağlı dərhal məlumat əks olunur. Çünki sığortalanmadan cərimə sanksiyası tətbiq olunur”.
Kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələrinin tamamilə dövriyyədən çıxarılmasının nəticələrinə diqqət çəkən ekspert vurğulayıb ki, vətəndaşlar bundan sonra kartlarla, evdə belə sığorta ödənişlərini həyata keçirə bilər:"Sürücülər elektron qaydada öz profillərini yaradırlar. Nəqliyyat vasitəsi ilə bağlı bütün məlumatlar şəxsi elektron bazasına daxil olur. Həmin bazada mobil nömrələr də olur və avtomatik telefonlarımıza bununla bağlı məlumat ötürülür. Buradan daxil olub, əməliyyatı da həll etmək olar.
Elektronlaşma məsələsində xüsusilə regionlarda bəzi problemlər var. Nəqliyyat vasitələrinin demək olar 90 faizi hər hansı karta sahib olmur. Amma müxtəlif yanacaq doldurma məntəqələrində, nəqliyyatla bağlı yerlərdə yaxınlaşaraq bunu götürürlər. Yenə də bu, elektron formada həll edilir.
Ümumiyyətlə, elektronlaşma prosesi tamamilə başa çatıb. Kağız üzərində hər hansı prosesin aparılmasına ehtiyac yoxdur”.
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət