"Karenlə Elvinin dəyişdirilməsi istəyi Ermənistanın təxribat cəhdidir" - Hüquq müdafiəçisi
11:11 25.03.2019
Arxiv
696
Məlumdur ki, martın 22-də erməni diversant Karen Kazaryanın atası Armen Kazaryan Ermənistanda saxlanılan azərbaycanlı əsir Elvin İbrahimovla görüşüb. Ermənistanın əsir, girov və itkin düşmüş şəxslərlə əlaqədar dövlət komissiyasından erməni mətbuatına verilən məlumata görə, Armen Kazaryan azərbaycanlı əsir Elvin İbrahimovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb.
Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan Elvin İbrahimovla yerli və xarici hüquq müdafiəçilərinin, jurnalistlərin və ya diplomatik korpus nümayəndələrinin deyil, məhz Karen Kazaryanın atasının görüşməsi şübhəli məqamlardan xəbər verir.
Məsələyə münasibət bildirən tanınmış hüquq müdafiəçisi, əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru Əhməd Şahidovun sözlərinə görə, bu cür xəbərlər yaymaqda rəsmi İrəvanın məqsədi erməni terrorçunun azərbaycanlı mülki şəxslə eyniləşdirilməsi cəhdidir.
Ekspertin sözlərinə görə, bu, Ermənistan tərəfinin açıq təxribat cəhdidir:
"Elvin İbrahimov ruhi dispanserdə qeydiyyatda olan xəstədir. Onun təcili müalicəyə ehtiyacı var. O, şüurlu şəkildə sərhədi keçməyib, sadəcə psixi pozğunluğun nəticəsində qeyri-iradi şəkildə düşmən tərəfdə özünü tapıb. Erməni əsgərlər isə onu ayağından yaralayaraq əsir götürüblər. Cenevrə Konvensiyası da daxil olmaqla, bütün beynəlxalq hüquqi normativlər Elvin İbrahimovun dərhal azadlığa buraxılmasını tələb edir və rəsmi Yerevan da bunu yaxşı anlayır.”
Hüquq müdafiəçisi vurğulayıb ki, erməni diversant Karen Kazaryanın azərbaycanlı əsir Elvin İbrahimovla eyniləşdirilməsi əslində onların dəyişdirilməsi niyyətindən xəbər verir:
"Bu, əsla yolverilməzdir. Ermənistan bir terrorçunu ruhi xəstə ilə dəyişdirmək niyyətindədir. Karenin atası Armen Kazaryan azərbaycanlı əsir Elvin İbrahimovla görüşdə özünü sülhsevər kimi təqdim edir, guya Elvinin tezliklə sağalmasını diləyir və dərhal öz oğlu barədə söz açır, guya Karenin də ruhi xəstə olduğunu və qeyri-iradi Azərbaycan ərazisinə keçdiyini deyir. Bununla gələcəkdə Karen ilə Elvinin dəyişdirilə biləcəyi mesajını verməyə çalışır.
Maraqlıdır ki, artıq beşinci ildir erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bircə dəfə də olsun görüşülməyib, heç bir dənə foto və ya video yayılmayıb erməni tərəfindən. Karen Kazaryanın atası bu müddət ərzində heç cəhd edibmi Dilqəm və Şahbazla görüşməyə?! Bəs necə oldu ki, Elvin İbrahimovla görüşə bilib?!”
Bu cür məlumatların təxribat xarakterli olduğunu Əhməd Şahidov Azərbaycan tərəfinin mövqeyinin dəyişilməz olduğunu da qeyd edib:
"Ermənistan tərəfi bucür təxribat xarakterli görüş imitasiyası ilə terrorçu Kareni mülki şəxs Elvinlə dəyişdirmək istəyir. Bu, mümkünsüzdür. Çünki, Karen Kazaryan Azərbaycanda terror aktları törətməyi planlaşdırıb. Onun bu planı məhkəmədə tam sübuta yetirilib və özü də etiraf edici ifadələr verib. Əgər söhbət əsir və girovların dəyişdirilməsindən gedirsə, Azərbaycanın mövqeyi ortadadır və dəyişilməz olaraq qalır. Əsir və girovlar yalnız və yalnız "Hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər. Ermənistan tərəfi də bunu bilsin".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual