Kommunal xidmət xərclərinin birbaşa köçkünlərə verilməsi təklifi barədə rəsmi açıqlama
08:38 14.12.2016
Arxiv
432
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemək xərci müavinəti kimi plastik kartla onların özlərinə verilməsi təklifinə münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilir.
Məcburi köçkünlər müxtəlif vaxtlarda Komitəyə ünvanladıqları çoxsaylı müraciətlərdə, onlarla keçirilən səyyar görüşlərdə və Komitədə qəbul zamanı onlar istifadə etdikləri kommunal xidmətlərin dəyəri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini bildiriblər: "Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı. Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur. Məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrinə olan ən səmərəli bir variantdır.
Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə